BMTM sədri: Soydaşlarımızın Qərbi Azərbaycandan qovulması ilə bağlı elmi araşdırmalara başlayacağıq
07:21 23.11.2023
Gündəm
444
Ermənistanla münasibətlər elmi, hüquqi müstəvidə davam etdiriləcək.
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O bildirib ki, hazırda Beynəlxalq Ədalət Məhkəməsində çəkişmələr gedir: "Bir müddət əvvəl qərar qəbul edilib. Bu qərar əksər erməni iddialarını rədd edir. Orada iki yüksək maddə ilə bağlı qərar var. Amma Azərbaycan onsuz da əvvəlcədən öz öhdəliyini qəbul edib. Ermənilərin qayıtması, onlar üçün lazımi şəraitin yaradılması öhdəliyinə sadiqdir. Təbii ki, bizim də iddialarımız var. Bu münaqişə bizim ərazimizdə baş verib, bizim evlərimiz darmadağın edilib. Bəlkə sülh sazişindən sonra münasibətlər normallaşa bilər”.
Fərid Şəfiyev qeyd edib ki, Ermənistan bu müharibəni hazırda digər formada davam etdirməyə çalışır: "İndi informasiya müharibəsində bir sıra tezislər irəli sürürlər. Bunlardan biri guya etnik təmizləmə aparılmasıdır. Təbii ki, bunların hamısı uydurmadır. Biz buna qarşı müvafiq tədbirlər görməliyik. Əslində isə etnik təmizləməyə 1988-ci ildə Qərbi Azərbaycandan qovulan azərbaycanlılar məruz qalıb. Amma Ermənistan iddia edir ki, onlar özləri gedib, heç bir qovulma olmayıb. Bu istiqamətdə elmi cəhətdən araşdırmalara ehtiyacımız var. Düzdür müəyyən təbliğat alətlərimiz var. Amma elmi araşdırmalar olmayanda, Qərb dairələri bunu qəbul etmir. Yaxın günlərdə biz bu istiqamətdə tədqiqatlara başlayacağıq. Bu işdə bizim əlavə qüvvəyə ehtiyacımız var. Tələbələri cəlb etmək istəyirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə