Bu beşmərtəbəli binalar söküləcək: "Binaların yaşı artıqca..."
16:54 01.12.2019
Gündəm
417
Bakıda beşmərtəbəli binaların sökülməsi məsələsi zaman-zaman gündəmə gəlsə də, hələ də proses baş tutmayıb. Evlərinin plana düşəcəyi, söküləcəyi ilə bağlı xəbərlər isə həmin ərazilərdə yaşayan insanların narahatlığına səbəb olur. Son illərdə Bakı şəhərinin müxtəlif ərazilərində yaşayan əhali qrupu “evimiz plana düşəcək, nəticəsini gözləyirik, görək növbəti mənzilimizi haradan alırıq” kimi sözləri tez-tez işlədir. Söküləcəyi gözlənilən məkanlardan biri də beşmərtəbəli binalardır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev mətbuata verdiyi açıqlamasında bildirib ki, beşmərtəbəli binaların sökülməsi və ya təmiri ilə bağlı məsələ Bakının Baş Plan formatında həll olunan məsələ deyil:
“Binaların vəziyyətindən asılı olaraq, onların hər biri ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən qərarlar veriləcək”.
Mövzu ilə bağlı Lent.az -a açıqlama verən şəhərsalma üzrə ekspert Cahangir Qocayev bildirib ki, binaları sökmək üçün əvvəlcə onun vəziyyəti yoxlanılmalıdır: “İstənilən binanı sökməzdən əvvəl vəziyyəti yoxlanılır. Bərpa etmək mümkün deyilsə, sökülür”.
Müsahibimiz binalar tikiləndə onlar üçün istismar müddəti qoyulmasının doğru olmadığını deyib:
“Bina üçün istismar müddəti min il də ola bilər. İstənilən tikilini sökmək yox, çalışıb bərpa etmək lazımdır. Şəhərsalma elə bir sahədir ki, orda binalar köhnəlmir, əksinə qədimləşir. Binaların yaşı artıqca, dəyəri də artır. Bu tikilililərin hər biri ayrılıqda tədqiq olmalıdır. Binalarla bağlı qərar veriləndə yüz ölçüb, bir biçmək lazımdır. Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları həmin binaları yoxlamalıdırlar. Binalar da insan kimidir. Üzdən baxanda deyirsən ki, heç bir problemi yoxdur, amma müayinədən sonra “xəstə” olduğunu görürsən. Müayinədən keçirmədən buldozerin qabağına verib, sökmək olmaz. Beşmərtəbələr yeri gələndə digər hüdürmərtəbəli binalardan da möhkəmdirlər. Müayinə nəticəsində yararsız edilən binalar isə söküləcək. İçərişəhərdə bina var ki, min illərlə yaşı var. Ona görə də konkret hər bina ayrıca tədiqiq olunmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial
Rusiya ilə alınmasa, alternativ tapacağıq - Mirzoyan
15:38 25.05.2026
Dünya
Simonyan Paşinyanı narkoman adlandırdı
15:36 25.05.2026
Gündəm
Kılıçdaroğlu on nəfəri CHP-dən qovur - SİYAHI
15:32 25.05.2026
Gündəm
Dünya liderləri İlham Əliyevi təbrik edir
15:21 25.05.2026
Gündəm
CHP-dəki proseslər demokratiyanın göstəricisidir - Tural Abbaslı
15:03 25.05.2026
Gündəm