Bu kənddə kişilər küçəyə çıxmır: Qeyri-adi qadağa!
06:51 29.02.2024
Gündəm
504
Qadağanın səbəbi çox maraqlıdır
4 il əvvələdək kənddə belə şey görünməyib. Kişilərin küçəyə çıxmalarına qadağa son illərdə yaranıb. “Sherg.az" “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyənin Bursa bölgəsi, İnegöl əyalətinə bağlı Dibsizğöl məhəlləsində qədimdə mövcud olmuş bir ənənə yenidən bərpa edilib. Ötən illərdə mövcud olmuş ənənəyə görə, ildə bir gün kişilərə küçəyə çıxmaq qadağan edilir, əvəzində qadınlar kənd çayxanasında, kənd meydanında geninə-boluna gəzir, çayxanada istədikləri qədər əyləşib çay, qəhvə içir, söhbət edirlər. 4 ildir ki, kənddə bu ənənəyə riayət edilir. Qadınların bir günlük əyləncəsi Levənt Aslan kəndə muxtar təyin ediləndən sonra başlayıb. Yeni muxtarın kəndə qaytardığı ənənəyə görə, ildə bir gün – 24 saat ərzində qadınlarla kişilər rollarını dəyişir. Kişilər evdən çölə çıxmır, qadınlarsa kefləri istədiyi kimi gəzib-dolaşırlar. Kənddə bərpa edilən ənənə Xəlil İnalcık Sosial elmlər liseyinin şagirdi Sıla Yavuzun da diqqətini çəkib. Şagirdin nənəsi bu kənddə yaşayır. Kənddə bir günün qadınlara məxsus olduğunu şagird öz müəllimi Pınar Yıldıza da bildirib. Müəllimlə şagirdin işbirliyi nəticəsində bu ənənə kənddə “Qiraət-Ana” adlı TÜBİTAK layihəsinə çevrilib. TÜBİTAK-ın dəstəyi ilə kənd qadınları maarifləndirilir, onlara uşaqlara baxım, qayğı üzrə təlimlər keçilir. Sıla Yavuz deyib ki, bu ənənənin qadınları necə xoşbəxt etdiyini gördükdə layihə həyata keçirmək qərarına gəlib və müəllimi ilə işə başlayıblar: “TÜBİTAK da bizə dəstək oldu. Burada əsas məqsəd gender bərabərliyinin bərqərar olmasını təmin etmək, qadınların sosial həyatda aktivliyini artırmaqdır”. Dibsizgöl məhəlləsinin qadınları da “1 gün sultanlıq” layihəsindən məmnun görünürlər və “Dibsizgöl qadınları olaraq bu günü özümüzə ayırdıq. Kişilərin küçəyə çıxması yasaqdır. Meydan bizə qaldı”, deyirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət