Bu şəxslər avtobuslardan pulsuz istifadə edə bilər
08:12 10.04.2024
Gündəm
330
Bu gün dünyanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da Ramazan bayramı qeyd olunur. Bayram günlərində bəzi ölkələrdə əhaliyə müəyyən güzəştlər nəzərdə tutulub. Məsələn, Türkiyədə Ramazan tətili zamanı körpülər və avtomobil yollarının pulsuz olması barədə qərar qəbul olunub. Həmçinin bütün ictimai nəqliyyat pulsuzdur.
Oxşar praktikanın Azərbaycanda da tətbiq olunma ehtimalı varmı?
Axar.az xəbər verir ki, bu məqsədlə Bakı.vs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət edib.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, nəqliyyat vasitələrinin parklanması üçün ilk 15 dəqiqə, habelə hər gün 22:00-dan saat 7:00-dək və həftənin bazar günləri ödəniş tələb olunmur:
“Bununla yanaşı, yaşayış ünvanının 100 metr məsafəsində fərdi parklanma talonu almış sürücülər yalnız talonda qeyd olunmuş məntəqələrdə nəqliyyat vasitələrini pulsuz saxlaya bilərlər. Qeyd olunanlardan başqa, parklanma yerlərindən pulsuz istifadə qanunvericilikdə nəzərdə tutulmayıb.
Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən beş yaşa qədər bir uşaq aparmaq hüququna malikdir.
Eyni zamanda, “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən, müddətli həqiqi hərbi xidmət qulluqçuları sərnişin nəqliyyatının bütün növlərindən (taksi istisna olmaqla) pulsuz istifadə edə bilərlər.
Bununla yanaşı, “Polis haqqında” Qanuna əsasən, xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşları Azərbaycan ərazisində sərnişin nəqliyyatının bütün növlərindən (taksidən və şəhərlərarası nəqliyyatdan başqa) pulsuz istifadə etmək hüququna malikdirlər.
Bayram günlərində nəqliyyat xidmətlərindən güzəştli istifadə ilə bağlı qanunvericilikdə digər hallar nəzərdə tutulmayıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İmişli" klubu məşqçisi və şef-skautu ilə yollarını ayırdı
19:24 08.10.2026
Futbol
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə