Cəbhə təəssüratları: “Jurnalistlər kürəklərini sərhəd xəttinə söykəmişdilər”
Banuçiçək Kalbalıyeva
16:27 21.07.2020
Gündəm
1038
Ötən günlər ərzində müxtəlif ictimai-siyasi xadimlər Tovuza gedib, vəziyyətlə maraqlanıblar. Onların arasında millət vəkilləri - Qənirə Paşayeva və Arzu Nağıyevlə yanaşı, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu da var. Əməkdaşları ilə birlikdə bir neçə günlük Tovuzda ezamiyyətdə olan tanınmış media kapitanı dünən Bakıya qayıdıb.
O, təəssüratlarını “Sherg.az”la bölüşüb:
“Əhali arasında çox yüksək əhval-ruhiyyə var. Bu, ordumuza və dövlətimizə olan inamdan irəli gəlir.
Ötən günlər ərzində yerli sakinlərdən heç birinin köç etmədiyi təsadüfi deyil. Əksinə, hər kəs bir nəfər kimi əlinə silah alıb, könüllü döyüşməyə hazırdır. Son günlər nisbi sakitlik olsa da, düşmənin iki PUA-sı məhv edilib”.
R.Arifoğlu Tovuz döyüşləri ilə bağlı Azərbaycan jurnalistlərinin işini də yüksək qiymətləndirib:
“Orada xeyli media nümayəndəsi var idi. Əməkdaşlarımız Məhəmməd Türkmənlə İlkin Muradov da çox fəal çalışır, televiziya kanalları ilə onlayn formatda əməkdaşlıq edirdilər. Jurnalistlərimiz kürəklərini sərhəd xəttinə söykəmişdilər. Bundan o tərəfi isə postda döyüşən əsgərlərdir. Ağıllı və bir az vətənpərvər adam canını təhlükəyə ataraq ən qaynar yerlərdən informasiya ötürən jurnalisti qoyub, ermənilərə xidmət edən dezinformasiyaya inanmaz”.
R.Arifoğlu, həmçinin dövlət başçısına minnətdarlığını bildirib:
“Mən bütün tovuzlular adından Prezident İlham Əliyevə “çox sağ olun” deyirəm. Çünki dövlət başçımız Tovuza dəymiş ziyanın aradan qalxması üçün operativ sərəncam imzalayıb. Bu, dövlətin Tovuzun arxasında, hakimiyyətin yerli insanların yanında olmasının göstəricisidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat