Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə gedib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedib.

Bu barədə Sherg.az-a  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.