COP29.az vebsaytı istifadəyə verilib
COP29.az vebsaytı istifadəyə verilib
10:22 03.05.2024
Gündəm
392
2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının rəqəmsal məlumat platforması bugündən artıq istifadəyə verilib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, platforma Konfransa hazırlıq prosesində COP29 Sədrliyinin gündəlik fəaliyyəti ilə bağlı məlumatları, tədbirə hazırlıq işləri və eləcə də tədbir iştirakçıları və medianı maraqlandıran bütün təşkilati məqamları özündə əks etdirəcək.
Qeyd olunmalıdır ki, vebsaytın mövcud versiyası üzərindən Azərbaycanın COP29-a ev sahibliyi çərçivəsində aparılan işlər, danışıqlar prosesinə dair önəmli xəbərlər və ölkənin ali rəhbərliyinin iqlim fəaliyyəti ilə bağlı irəli sürdüyü başlıca təşəbbüslər iki dildə yerli və beynəlxalq ictimaiyyətin nəzərinə operativ şəkildə çatdırılacaq.
İrəliləyən dövrdə isə, COP29 Sədrlik mandatı Azərbaycana təqdim olunduqdan sonra, iştirakçı tərəflərin istifadəsi üçün nəzərdə tutulmuş pavilyon məlumatları, qonaqlama, e-viza, akreditasiya, qidalanma, tədbir məkanında naviqasiya və digər xidmətlərlə bağlı müvafiq platformalar https://cop29.az/en vebsaytı üzərindən təqdim olunacaq.
Azərbaycanın yaşıl keçid strategiyasını və COP29 Sədrliyinin əsas gündəliyini tərənnüm edən internet saytı istifadəçilər üçün məlumatın əlçatanlığı və onları maraqlandıran suallara asan cavab tapmaları prioriteti ilə ərsəyə gətirilmiş, sadə və interaktiv formada dizayn edilib. Yerli və qlobal istifadəçilər üçün nəzərdə tutulmuş qeyd edilən e-xidmətlər operativ məlumatları və əlaqədar platformalara birbaşa keçidi təmin edəcək.
COP29-un vebsaytına https://cop29.az ünvanından daxil olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm