Dayanacaqlardakı əksər terminal işləmir - Sürücü ilə sərnişinlər üz-üzə...
Fidan Həmişəyeva
08:19 26.07.2019
Gündəm
1256
Elməddin Muradlı: “Neçə ildir ki, “MilliÖn” aparatları sistemdədir, amma xidmət səviyyəsi normal deyil. Son 2-3 ildə isə problemlər artmaqdadır”
“MilliÖn” aparatları ilə bağlı narazılıqların ardı-arası kəsilmir. Vətəndaşlar insanların sıx məskunlaşdığı yerlərdə aparat sayının az olmasından şikayətlənirlər. Həmçinin ödəniş terminallarının işləmədiyini iddia edənlər də çoxdur.
Dəfələrlə məsələ gündəmə gətirilib mətbuatda işıqladırılsa da, problem həll olunmur. Xırdalanda “Abşeron” Gənclər Şəhərciyində də eyni durum yaşanır. Sakinlər insan kontingentinin çox olduğu yerdə yalnız bir aparatın olduğundan, onun da normal işləmədiyindən gileylənirlər. Çünki az qala 15 min sakinin məskunlaşdığı şəhərcikdə isanlar şəhərə gəlmək üçün kart sisteminə keçmiş 199 saylı avtobusdan istifadə edirlər. Lakin əksər vaxt ödəniş terminalı işləmədiyindən onlar çox böyük çətinliklərlə qarşılaşırlar. Bəzən isə bu hal sürücü ilə sərnişinləri üz-üzə qoyur. Sürücü “kartsız olmaz” deyir, sərnişin isə əlində pul və kart avtobusa minib sürücüdən terminal tələb edir.
Bəs, problemin həlli hansı qurumun öhdəliyinə düşür?
Baş verənlərlə bağlı “Sherg.az”a danışan “Avtosfer.az” saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “MilliÖn” aparatları ilə bağlı dayanacaqlarda müəyyən problemlərin yaşandığını təsdiqlədi:
“Müəyyən terminallar var ki, işləmir. Burada əsas məsələ aparatı təşkil edən şirkətin qarşısına qoyulan tələblər, müqavilənin hansı formada bağlanmasıdır. Həmin şirkət quraşdırma və xidmət öhdəliyini götürüblərsə, bu məsuliyyət onların üzərindədir. Yox əgər yalnız aparatı quraşdırmalıdırlarsa, artıq bu iş BNA-nın üzərinə düşür. Bu xidmətin qoşulması üçün müəyyən miqdarda vəsait ayrılıb. Necə olur ki, şirkət yerli mütəxəssislər yetişdirməyib və təmir funksiyası yerinə yetirilmir? Ona görə də bu problemlər yaşanır. Aidiyyəti qurumlar məsələ ilə bağlı məsuliyyəti üzərinə götürüb açıqlama verməlidir. Cəmiyyətə izahat verilməlidir ki, aparatı təşkil edən şirkətlə iş necə qurulub. Məsələn, həmin şirkət işçiləri aparatı qurub və çıxıb gediblər. Amma dövlət qurumlarımız bu şirkətlə necə danışıq aparıb ki, belə neqativ hallar yaşanır?
Başa düşürəm, hər dayanacağa aparat qoymaq düzgün deyil. Amma digər aparatlar normal şəkildə işləmirsə, bu artıq biabırçılıqdır. Neçə ildir ki, “MilliÖn” aparatları sistemdədir, amma xidmət səviyyəsi normal deyil.
Son 2-3 ildə isə problemlər artmaqdadır. Bəzən olur ki, vətəndaşlar siqaret kötüyünü, kibrit çöpünü və başqa dövlətlərin qəpiklərini teriminala atırlar və xarab edirlər. Lakin vətəndaşlar da avadanlıqların qeydinə qalsalar yaxşı olar”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsun Holdinq” minlərlə ailəyə bayram sovqatı hədiyyə etdi
14:13 26.05.2026
Ölkə
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya