Deputat: Azərbaycana 80 mindən artıq qonaq gələcək
Deputat: Azərbaycana 80 mindən artıq qonaq gələcək
Yusif Sultanoğlu
05:35 01.05.2024
Gündəm
517
Dünya ictimaiyyəti Qarabağdakı canlanmanı görəcək, izləyəcək
“Forum iştirakçıları öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın təbliğatçısına çevriləcəklər”
Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək ölkəmizdə “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gələcəklər. 3 gün davam edəcək Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə ediləcək. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Beynəlxalq Forumun əhəmiyyəti ilə bağlı "Sherg.az"a danışan millət vəkili Elman Nəsirli deyib ki, Azərbaycan uzun zamandır dünya miqyasında ən yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Deputatın sözlərinə görə, Azərbaycanın təşkilatçılıq qabiliyyəti bütün dünyada qəbul olunur:
"Noyabr ayında ölkəmizdə COP29 tədbiri keçiriləcək. Təxminən yarım ay ərzində dünyanın əksər ölkəsindən 80 mindən artıq insanın paytaxt Bakıya gəlməsi gözlənilir. Bu da dünyanın nəbzinin Bakıda döyünməsi anlamına gəlir. Mayın 1-3 tarixləri arasında keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da olduqca mühüm tədbirdir. Tədbirin özəlliyi ondadır ki, Forum sadəcə paytaxt Bakı ərazisi ilə məhdudlaşmayacaq, həm də işğaldan azad etdiyimiz və quruculuq işlərinin davam etdiyi torpaqlarımızda da tədbirin panel iclasları təşkil olunacaq. Nəzərə alaq ki, belə Forumlara elə şəxslər dəvət olunur ki, onların ölkələrində ictimai fikrə ciddi təsir etmək imkanları və potensialı, sözlərinin çəkisi var. Ölkəmizə səfər edən qonaqlar sözün həqiqi mənasında Azərbaycanın sülhpərvər olduğunu, dövlətimizin necə inkişaf etdiyini, təkcə neft-qaz deyil, həm də dünyaya birgəyaşayış mədəniyyətini, fərqli mədəniyyətlərarası münasibətləri ixrac etdiyimizi görəcəklər. Biləcəklər ki, Azərbaycan güclü dövlətdir, öz ərazi bütövlüyünü təmin etmiş ölkədir. XXI əsrdə analoqu olmayan bir hadisədir. Elə bir dövlət, lider yoxdur ki, öz ərazi bütövlüyünü özü təmin etmiş olsun. O baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyev sözün həqiqi mənasında bütün dünya üçün tarix yazan şəxsiyyətdir. Forumda iştirak edəcək məşhur simalar da Azərbaycan Prezidentini müzəffər lider kimi qəbul edirlər".
Parlamentari qeyd edib ki, Forumun panel iclaslarının Şuşada, Ağdamda keçirilməsinin də böyük mənası var:
"Öz gözləri ilə Ermənistanın 30 il ərzində törətdiyi vandalizmi, vəhşiliyi görəcəklər. Həmçinin Azərbaycanın qurucu xalq olduğunun, qısa zamanda ərazilərimizin necə sürətlə bərpa edilməsinin şahidi olacaqlar. Artıq 6 minə qədər soydaşımız işğaldan azad edilmiş torpaqlarımıza qayıdıb. İndiyədək 12 milyard manat bərpa-quruculuq işlərinə vəsiat ayrılıb ki, bu da təxminən 7 milyard dollar ekvivalentindədir. Qarabağ sürətlə canlanmaqdadır. Dünya ictimaiyyəti də bunu görür, izləyir. Forum iştirakçıları da öz ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın təbliğatçısına çevriləcəklər. Gördükləri həqiqətləri ən azından öz ölkələrinin ictimaiyyətinə çatdıracaqlar. O baxımdan beynəlxalq forumların əhəmiyyəti böyükdür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm
“Toyota”nın keçmiş prezidenti Hiroşi Okuda vəfat edib
12:55 12.08.2026
Dünya
ABŞ Atlantikdə ələ keçirdiyi Venesuela tankerini satıb
11:57 12.08.2026
Dünya
Zaxarova: Rusların öldürülməsinə çağırışlar yolverilməzdir
11:44 12.08.2026
Gündəm
Krıma PUA hücumu: dinc sakin həlak olub
11:31 12.08.2026
Dünya
Quru alma nə üçün faydalıdır - Bioloq izah edib
11:15 12.08.2026
Sağlamlıq
“17 nömrəli əfsanə”: Tixonovdan əvvəl Ştirlits necə idi?
11:05 12.08.2026
Mədəniyyət