Ekspert deputatla razılaşmır:“ Etibarnamənin hüquqi və mənəvi cəhəti var”
Nihat Müzəffər
12:36 16.07.2019
Gündəm
1217
Fərhad Eyyubov:“Bir şəxs qəza törədir digərinin, oğul atanın, dost dostun boynuna qoyur”
Son günlər Azərbaycanda yaxın şəxslərin bir-birinin avtomobilini idarə etmək üçün tələb olunan etibarnamə məsələsi yenidən gündəmə gəlib. Bu mövzü ətrafında istər sosial şəbəkələrdə, istərsə də mətbuatda ciddi müzakirələr aparılır. Bununla bağlı müxtəlif təkliflər irəli sürülür. Kimi bu etibarnamənin vacib olduğunu düşünür, kimi isə məlum sənədə ehtiyac duyulmadığını bildirir. Məsələn, millət vəkili Qüdrət Həsənquliyev də hesab edir ki, etibarnamə məsələsi ümumiyyətlə ləğv olunmalıdır:“Əgər kimsə öz qohumuna 1 saatlıq avtomobil verirsə, hansısa təcili işi varsa buna görə niyə etibarnamə verməlidir ki? Əgər şəxs avtomovilinin itməsi, yaxud oğurlanması barədə müraciət etməyibsə, o zaman bu lüzumsuz bir işdir.”
Millət vəkilinin fikirləri ilə razılaşmayan nəqliyyat üzər ekspert Fərhad Eyyubov “Sherg.az”a söyləyib ki, etibarnamənin həm hüquqi, həm də mənəvi cəhəti var:
“Yəni, bir insan əmlakını yaxınına, qohumuna verdikdə onu mənəvi cəhətdən etibar edir. Lakin bu prosesin hüquqi cəhətlərinə də ehtiyac duyulur. Məsələn, elə məqamlar var ki, onlar yol hərəkəti hadisələrində qeydiyyata alınmalı, bilinməli və dəqiqləşməlidir.
Bəzən çox sayda yol- nəqliyyat hadisələri baş verir ki, həmin nəqliyyat vasitəsinin sürücüsü bilinmir. Yəni, bir şəxs qəza törədir digərinin, oğul atanın, dost dostun boynuna qoyur. Bu da sonradan məhkəmə prosesində obyektvliyin bərqərar olunmasına mənfi təsir göstərir.
Ona görə də hüquqi cəhətdən etibarnaməyə ehtiyac var. Amma bəzi ölkələrdə avtomobillər üçün etibarnamə elə bir ciddi əhəmiyyət daşımır. Bir ailə üzvləri, qohumlar tək avtomobili rahatlıqla istifadə edə bilər.
Ümumi formada bizdə yol hərəkət qaydalarında göstərilir ki, maşını başqa şəxsə etibar edirsə və onun yanında deyilsə, o zaman həmin şəxsin etibarnaməsi olmalıdır. Sürücü ilə bağlı etibarnamə gələcəkdə ləğv edilə bilər.
Amma indiki vəziyyətdə hesab edirəm ki, sürmək üçün olan etibarnamə qüvvədə qalmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol