Əl çəkə bilmirlər
Yusif Nəzərli
03:34 20.04.2022
Gündəm
674
Nəinki uşaqlar, gənclər, hətta yaşlı-başlı adamlar da enerji içkiləri içirlər
“Hell” içkisinin tərkibində asılılıq yaradan 12 təhlükəli maddə var"
Səhiyyə Nazirliyi yaşı 22-dən aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb. Bu barədə nazirliyin “Facebook” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: “Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır”. Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: “22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır”.
Bəlkə də son günlərdə məktəbyaşlı uaşqlar və gənclər arasında qəfil ölüm sayının artmasının səbəblərindən biri də məhz enerji içkilərinin mütəmadi qəbuludur. Xatırladaq ki, son bir neçə gündə şagirdlər, tələbələr arasında ölüm halları artıb. Bəzi hallarda ölüm səbəbi kimi bədxassəli şişlər göstərilir, bəzənsə səbəb naməlum qalır. Məktəb rəhbərliyindən yalnız “dərs zamanı qəfildən yerə yıxıldı, keçindi”, açıqlaması verilir. Təbii ki, ölüm səbəbləri müxtəlif ola bilər. Lakin Səhiyyə Nazirliyinin bu formada həyəcan təbili çalması problemin ciddiliyini göstərir.
Valideynlər niyə övladlarına enerji içkilərini qadağan etmir? Deyəcəklər ki, qadağalardan effekt gözləmək absurddur. Halbuki, əksini də isbat etmək olar. Amma mübahisə vaxtı deyil. Məktəblilərin, yeniyetmə və gənclərin əl çəkə bilmədiyi enerji içkilərinin tibbi ziyanı artıq təsdiqlənibsə, demək, ondan imtina vaxtıdır. Bəs imtinanı formalaşdırmaq mümkündür?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, orta məktəblərin bufetində enerji içkilərinin satılması qadağandır:
- Ümumtəhsil məktəblərinin bufetlərində enerji içkiləri satılmır. Şagirdlər enerji içkilərini özləri alır. Ya dərsə gələndə özləri ilə gətirirlər, ya da dərsdən sonra yaxınlıqdakı marketlərdən, ticarət köşklərindən alırlar. Valideynlərin buna nəzarət etməsi çox çətindir. Valideyn övladına gündəlik xərclik verir ki, dərs fasiləsində yüngülvari nəsə alıb yesin. Uşaq da sevdiyi, xoşuna gələn qidaları alır. Evdə ata-ana övladına nəyin xeyirli, nəyin ziyanlı olduğunu başa salmalıdır. Başa salanlar var. Amma evdən kənarda, məktəbdə, gəzintidə uşaq yenə də sevdiyi qidanı, sevdiyi içkini almağa can atır. Nəinki uşaqlar, gənclər, hətta yaşlı-başlı adamlar da enerji içkiləri içir və ondan əl çəkə bilmirlər. Çünki insanlarda alışqanlıq yaranır artıq. Necə ki, bəzi insanlar siqareti tərgidə bilmir, eləcə də enerji içkilərindən imtina edə bilmirlər. Asılı insana çevrilirlər çünki. Bir dəfə birliyə Avropada istehsal edilən enerji içkilərinin prodüseri gəlmişdi. Mən ona da bu sualı verdim; sizcə, uzunömürlülük kimə lazımdır? Ailə üzvlərindən başqa heç kimə. Bəs ölkəsində 70-80 faiz təqaüdçü olmasını hansı dövlət istəyər? Bu sualın cavabı, həm var, həm də yoxdur. Bütün qlobal güclərə maliyyə kapitalı lazımdır. Kapitalizm cəmiyyətinin reallığı budur. İstehsalçını zərərli ərzaqların nə qədər insanı xəstə edəcəyi, nə qədər insanın ömrünü qısaldacağı maraqlandırmır. İstehsalçını əldə edəcəyi gəlir maraqlandırır. Gəlir əldə etmək üçün də cəlbedici müxtəlif qidalar, ərzaqlar istehsal edib dünya bazarına çıxarırlar. “Coca-Cola”da belədir, enerji içkiləri də, “mkdonalds”lar, “kfc”lər və sairə. Baxın, “Hell” cəhənnəm deməkdir. Bir halda ki, istehsalçı məhsulunu cəhənnəm adlandırır, onu alıb içənlər barədə nə düşünmək olar?! Siqaretlərin də qutusunda “səhhətiniz üçün zərərlidir” yazılır, amma istehsal dayanmır. Enerji içkiləri də belədir. Tərkibi ziyanlıdır, kimyəvi qarışıqlardan istifadə olunur, istehsal davam edir. Heç bir istehsalçı istehlakçını düşünməyəcək. Gərək istehlakçı özü-özünü düşünsün. Zərərli qidalardan, zərərli alışqanlıqlardan imtina edə bilsin.
E.Hüseynov bildirdi ki, “Hell” içkisinin tərkibində asılılıq yaradan 12 təhlükəli maddə var. AİB-nin təklifi ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu maddələrin sayının azaldılması barədə qərar qəbul edib:
- Enerji içkiləri həm də aqressiv reklam bazarına malikdir. Bir çox idman yarışlarına sponsorluq edir, məşhur simalardan istifadə edir, reklamını gücləndirir. Kiçik-böyük – bir çox insan da buna inanaraq o içkiləri alıb içir.
Oxşar xəbərlər
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisinə PUA zərbəsi endirilib
10:24 15.11.2026
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya