Eldar Əzizov: Bakı aqlomerasiyasının əhalisi 3 milyondan çoxdur

Bakı aqlomerasiyasının əhalisi hazırda 3 milyondan çoxdur.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” adlı dəyirmi masada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

Onun sözlərinə görə, paytaxtın sürətli inkişafı və əhali artımı şəhər infrastrukturunun davamlı şəkildə genişləndirilməsini tələb edir.