Əməkdar artist: “Kürəkənimin 40 mərasimində evə nəvəmin meyiti gəldi”
11:22 25.03.2024
Gündəm
489
“Qızım Ülkərin həyat yoldaşını mal-mülkə görə qardaşının oğlu qətlə yetirdi. Səbəb isə əmisinin sahib olduqlarını ələ keçirmək idi. Elə oldu ki, bu məsələdən 6 ay sonra onu da öldürdülər. Onlar Ukraynanın cənub-şərq hissəsində, Zaporojye şəhərində qalırdılar. Qətlə yetirdikdən sonra isə meyitini Dnepr çayına atmışdılar. Hərdən görürsən ki, dünya malı da insanın özünə düşmən olur”.
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu verilişlərin birində deyib.
Qarmon ifaçısı kürəkəninin qətlə yetirilməsindən danışıb:
“Qızım Ülkər qətlə yetirilən ərindən dünyaya uşaq gətirdi. Onun bir oğlan övladı oldu. Amma bağırsaq keçməzliyi var idi. O bir müddət xəstəxanada qaldı. Uşaq bir müddət sonra vəfat etdi. Elə bil ki, kürəkənimin 40 mərasimi keçirilən gün nəvəmin çantanın içində meyitini evə gətirdilər.
Kifir ol, amma bəxtin olsun. Gözəllik də hər zaman insana xoşbəxtlik gətirmir. Deyirlər ki, gözəl qızın və ya qadının başı hər zaman tüstülü olar. Qızım Ülkər ər və uşağının itkisindən dərin sarsıntı keçirdi. Onu bu vəziyyətdən çıxarmaq üçün pirlərə, məscidlərə apardım. Qızımı 17 yaşında ərə verdim. O uşaq ikən ailə qurub. Evdə birinci gəlin o olub. Həyatdır, nə yatdı ki, nə də yuxu görsün”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm