Əminlik yaranıb: “Digər minalı ərazilərin də xəritəsi veriləcək”
Banuçiçək Kalbalıyeva
10:51 13.07.2021
Gündəm
626
Qarabağa problemimiz artıq həll olunub. İndi qarşımızda duran əsas məsələ minalı ərazilərin xəritəsinin alınmaısıdır. Əks halda insanlarımızın ata-baba torpaqlarına qayıtmasında ciddi narahatlıqlar yaşanacaq.
Şübhəsiz ki, bu istiqamətdə ciddi işlər gedir. Həmin sənədlərin alınması üçün bütün lazımi addımlar atılır.
Millət vəkili Cavid Osmanov bu barədə “Sherg.az”a açıqlamasında prosesin davam etdiyini bildirdi:
“Məlum olduğu kimi, qazandığımız zəfərdən sonra sözügedən məsələ bizim əsas prioritetimizə çevrildi. Bütün mümkün platformalarda bu məsələ qaldırılır, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Artıq üç rayonun- Ağdam, Füzuli və Zəngilanın xəritələrini almışıq. Bu, Prezident, Ali Baş Komandan İlham Əliyevin diplomatik məharətinin nəticəsidir. Ümumiyyətlə, ən düzgün seçim məhz diplomatik yoldur və proseslər uğurla davam edir. Uğurlu gedişat digər minalı ərazilərin də xəritəsinin verilməsinə əminlik yaradır”.
C. Osmanov, həmçinin Rusiyanın proseslərdəki mövqeyi barədə danışdı: “Xəritələrin Moskvada olub-olmadığını bilmirəm. Lakin Ermənistanda olduğu dəqiqdir. Odur ki, biz ilk növbədə İrəvana təsir etməliyik. Əgər, həqiqətən, xəritələr Kremldə varsa, bu məsələ barədə şimal qonşumuza müraciət etməliyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm