Ərdoğan: "Biz  millətimiz olan yerdə heç kimi tanımırıq"

"Lazım olarsa 15 iyul gecəsi olduğu kimi canımız bahasına müstəqilliyimizi, gələcəyimizi qoruyacağıq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabından açıqlama yayıb. 

 Sherg.az xəbər verir ki, Ərdoğan daha böyük uğurların hələ qabaqda olduğunu vurğulayıb: "Son 21 ildə "Türkiyə Əsri"nin alt yapısını hər sahədə qurduq, hazırlıqları tamamladıq. İnşallah, 14 Mayla "Türkiyə Əsri"nin inşasına başlayacağıq".

Türkiyə Prezidenti daha sonra millətinə yönəli bu ifadələrə yer verib:

"Sevgimiz də, mübarizəmiz də sevimli millətimiz üçündür. Biz öz adımızdan heç kimlə mübarizə aparmırıq, millətimiz olan yerdə isə heç kimi tanımırıq.

Canımızı dişimizə sıxaraq sevgili millətimiz üçün yürüməyi özümüzə borc bilirik.

Biz ancaq layihələr inkişaf etdiririk, əsərlər yaradırıq, ürək siyasəti aparırıq və könül alırıq.

Qarşımıza hansı tələ qurulsa da, biz vətənimizə xidmətdən əl çəkməyəcəyik.

Biz sərmayələrlə ölkəmizi, şəhərlərimizi, yəni çörəyimizi böyütməkdən çəkinmirik.

Hansı hücumlarla üzləşsək də, millətin iradəsinə, demokratiyamıza kölgə salmayacağıq.

Lazım olarsa 15 iyul gecəsi olduğu kimi canımız bahasına müstəqilliyimizi, gələcəyimizi qoruyacağıq.

Çünki  Biz 85 milyon insana heç bir ayrı-seçkilik etmədən sevgi ilə xidmət etmək üçün varıq".

Turan