Ərdoğan İstanbulda səs verəcək

Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə davam edir.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident və 28-ci çağırış parlament seçkilərində səsini İstanbulun Üsküdar rayonundakı Saffet Cəbi orta məktəbində verəcək.

Qeyd edək ki, Prezident Ərdoğanın səs vermək üçün günorta saatlarında Saffet Cəbi orta məktəbinə gəlməsi gözlənilir.