Ərdoğan-Putin görüşü:“Ciddi razılıq əldə olunmayıb”
Yusif Nəzərli
09:33 30.09.2021
Gündəm
1033
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən danışıqları məhsuldar adlandırıb. Bu barədə o, öz tviter hesabında yazıb.
Paylaşımda deyilir: "Həmkarım Putinlə məhsuldar danışıqlardan sonra Soçidən ayrıldıq.
Bir çox ekspertin fikrincə, görüşdən sonra regionda ciddi dəyişikliklər olmalı idi. Elə isə nələr gözlənilir? “Sherg.az” olaraq bunu siyasi analitik Turab Rzayevlə müzakirə etdik:
- Görüşü necə qiymətləndirirsiniz?
- Liderlər arasında danışıqdan sonra mətbuat konfransı keçirilməyib. Və görüş gözlənildiyindən çox az, cəmi bir saat davam edib. Görüşdən sonra Türkiyənin Suriyaya qoşun yığması və Bəşər Əsəd ordusunun ərazini bombalamağa davam etməsi onu deməyə əsas verir ki, tərəflər arasında ciddi razılıq əldə olunmayıb. Üstəgəl, Qərb mətbuatı Türkiyənin görüşdən narazı qaldığını yazıb. Eyni zamanda Putinin “Cənubi Qafqazda sülhün təmin olunmasında Türkiyənin mühüm rolu var” ifadəsi diqqət çəkir. Ərdoğanın açıqlaması da belə qənaətə gəlməyə əsas verir ki, tərəflər arasında ya bəzi məsələlərdə razılıq olub, ya da liderlər sadəcə bir-birilərinin xətrinə dəyməməyə çalışaraq, proseslərin inkişafını zamana buraxıblar.
- Bu ərəfədə rəsmi Tbilisinin vasitəçilik təklifini və Gürcüstan baş nazirinin Bakıya səfərini nəzərə alsaq, proseslərin “Altılıq platforması”nın yaranmasına doğru getdiyini deyə bilərik?
- Ərdoğan bunu uzun müddətdir istəyir. Əsas maneə İranın mövqeyidir. Gürcüstan Rusiya ilə ziddiyətli münasibətlərə rəğmən, bu layihəyə qoşulmaqla nə isə itirməz.
- Bəs qonşumuzun vasitəçilik təklifi?
- Bu, ilk deyil. İstənilən halda Gücüstanın xüsusi missiyası olmayacaq. Çünki təsir imkanları çox deyil. Regionda sabitliyin təmin olunması üçün əsas “oyunçular” Ankara və Moskvadır. Əlbəttə, Fransa və ABŞ kimi güclərin proseslərə təsirini də nəzərə almaq lazımdır.
- Bildiyimiz kimi, Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə ilə yaxınlaşmaq barədə açıqlamalar verib. Kremlin buna münasibəti necə olacaq?
- Moskva nəzarət etmək istədiyi ərazidəki kənar təsir qüvvəyə qarşı həmişə qısqanc olub. Əlbəttə, Rusiya Ermənistanla Türkiyənin yaxınlaşmasını istəmir. Azərbaycanla Türkiyə arasında müttəfiqliklə bağlı konkret sənədlər var. İrəvanın da Ankaraya yaxınlaşması o deməkdir ki, daha Moskvaya ehtiyac olmayacaq. Yəni şimal qonşumuzun regiondakı təsir imkanları zəifləyəcək. Amma başqa bir məsələ də var: Rusiyanın resursları limitlidir. Bu mənada Kreml bəzi ərazilərdəki mövqelərini nisbətən yaxın dövlətlə bölüşmək istəyir, nəinki Qərblə. Yəni Mərkəzi Asiyada Çinlə, Cənubi Qafqazda isə Türkiyə ilə hesablaşmaq Rusiyaya daha çox sərf edir, nəinki Avropa Birliyinin həmin regionlara gəlməyi.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya