“Ərdoğanın siyasəti həmin imperiyanı dirçəltməyə hesablanıb”
Banuçiçək Kalbalıyeva
07:41 03.06.2021
Gündəm
799
“Türkiyə ilə ABŞ arasında “buz” yoxdur”
Bu sözləri “Şərq Tv”-nin “Düzünü deyək” verilişinin növbəti efirində iyunun 14-də ABŞ prezidenti Co Baydenlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüş barədə danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
“Bəzən hətta dost dövlətlər arasında da anlaşılmazlıq olur. ABŞ-ın strateji maraqları olan yerlərdə Türkiyənin özünə təsir dairəsi yaratması narahatlıqla qarşılanır. Hərçənd Türkiyə ABŞ-ın, NATO-nun strateji tərəfdaşıdırsa belə olmalı deyil. Əksinə, Vaşiqton Ankaranın güclənməsinə dəstək olmalıdır. Məsələ ondan ibarətdir ki, Qərb hələ də Osmanlını unuda bilmir. Orada elə bilirlər ki, Ərdoğanın siyasəti həmin imperiyanı dirçəltməyə hesablanıb”.
S. Cəlaloğlu həmçinin əlavə etdi ki, ABŞ reallıqla barışmalıdır:
“Fikrimcə, görüş zamanı Ərdoğan Baydenə Türkiyə xarici siyasətinin mahiyyətini açıq formada izah edəcək. Onun özünün də dediyi kimi, Türkiyə məzlumun, beynəlxalq hüququn yanındadır. ABŞ bunu başa düşüb, qəbul edərsə, lap yaxşı. Əks halda gərginlik davam edəcək. Və bundan daha çox əziyyət çəkən Bayden özü olacaq. ABŞ anlamalıdır ki, vaxtı ilə Osmanlının təsir dairəsində olan yerlərdə, o cümlədən Yaxın Şərqdə, Orta Asiyada, Cənubi Qafqazda və Balkanlarda Türkiyənin iradəsi nəzərə alınmadan siyasət aparıla bilməz. ABŞ həmin ərazilərdə maraqlarının təmin olunmasını istəyirsə, Türkiyə ilə hesablaşmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rayonlarda kommunal xidmətlər ucuzlaşa bilərmi? - VACİB AÇIQLAMA
14:41 03.09.2026
Sosial
Paşinyan: Kərkidə ermənilər yaşasa da Ermənistan ərazisi deyil
14:05 03.09.2026
Gündəm
Alen Simonyan Azərbaycana səfər edəcək
13:48 03.09.2026
Gündəm
Davudoğluna Ərdoğanı təhqir ittihamı ilə cinayət işi açıldı
13:48 03.09.2026
Dünya
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
13:44 03.09.2026
Aktual
İranda qırılma nöqtəsi yaxınlaşır - İsmail Cingözdən ŞƏRH
13:14 03.09.2026
Gündəm
Əməkdar artist Züleyxa Hacıyeva ilə vida mərasimi keçirilir
12:39 03.09.2026
Mədəniyyət
Sabah hava yağmursuz keçəcək
12:38 03.09.2026
Ekologiya
Publisistika tariximiz fundamental araşdırma formatında
12:34 03.09.2026
Media
Putin: Ukrayna münaqişəsinin həlli üçün şans var
12:30 03.09.2026
Gündəm
Ermənistana 989 ton olan dizel göndərildi
12:07 03.09.2026
Region
Lavrov: Tezliklə Ermənistan və Serbiyanın bu istəyi yox olacaq
11:46 03.09.2026
Dünya
Əl-Nəhyan və Tramp İranı müzakirə etdi
11:26 03.09.2026
Dünya
Luka Modriç "Real Madrid"ə qayıtmaq istəyir
10:54 03.09.2026
Futbol