Ərdoğanın Şuşa səfərinin MESAJI: "Müharibənin nəticələrini heç kim dəyişə bilməz"
Turan
10:54 15.06.2021
Gündəm
622
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Şuşaya səfəri qardaş ölkənin dövlətimizə və xalqımıza növbəti açıq dəstəyinin ifadəsidir".
Bunu "Sherg.az"a Milli Həmrəylik Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
Partiya sədri bildirib ki, bu səfər həm də Azərbaycanla güc dilində danışmaq istəyən, özünü hegemon kimi aparan Fransa kimi ölkələrə və onun yandaşlarına Türkiyənin “əzələ” nümayişidir:
"Ərdoğan bu səfəri ilə bir daha Türkiyənin Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə həlledici gücə sahibi olduğunu nümayiş etdirir. Həmsədrlik meyarlarını ayaqlar altına ataraq özünü Ermənistanın himayəçisi kimi göstərən və işğalçı ölkənin yanında yer alan Fransaya isə başa salınır ki, Azərbaycan da tək deyil, Türkiyə istənilən məsələdə və hər zaman Azərbaycanın yanındadır. Türkiyə həqiqətən də bölgədə sabitləşdirici, neytrallaşdırıcı güc missiyasını uğurla yerinə yetirərək Ermənistanın və onun havadarlarının revanşist, geosiyasi planlarının qarşısını alır.
Bu mənada hörmətli Ərdoğanın Şuşa səfəri quldur Ermənistana və onun havadarlarına da açıq mesaj kimi dəyərləndirilə bilər. Mesaj bundan ibarətdir ki, Azərbaycanın 44 günlük müharibədəki qələbəsini heç kim onun əlindən ala bilməz, müharibənin nəticələrini heç kim dəyişə bilməz. Eyni zamanda 10 noyabr razılaşmasının müddəaları tam şəkildə yerinə yetirilməlidir, bölgədə qalıcı sülh təmin edilməlidir və Türkiyə regionda sülhün möhkəmlənməsi üçün əlindən gələni edəcək".
Analitik bildirib ki, postmüharibə dönəmində bölgədə Türkiyəsiz heç bir problemin effektli çözüm yolunun olmayacağını artıq hər kəs bilməlidir:
"Ərdoğanın Şuşaya səfəri Ermənistana, istərsə də onun havadarlarına “Şuşadan gözünüzü çəkin, Şuşa Azərbaycanın və bütün Türk dünyasının mədəniyyət paytaxtıdır” ismarışının verilməsidir. Şuşaya səfər etmək qardaş ölkənin liderinin təbii haqqıdır. 44 günlük müharibədə parlaq qələbəmizdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidentini Şuşaya dəvət etməsi bir qardaşlıq nümunəsi idi. İki ölkə arasında münasibətlər böyük öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin tarixi ifadələrindən güc alaraq inkişaf etməyə davam edəcək. Atatürk nə demişdi? Demişdi ki, “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir”. Ümummilli Liderimiz Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” ideyasını aktuallaşdırmaqla Azərbaycan ilə Türkiyənin qardaşlıq və əməkdaşlıq modelini cızmışdı. İndi də bu modeli İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan uğurlagerçəkləşdirməkdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ilk dəfə Beynəlxalq Tanqo Festivalı keçirilib
01:44 21.06.2026
Mədəniyyət
Şahbaz Şərif ABŞ-İran danışıqları üçün İsveçrəyə səfər edib
01:05 21.06.2026
Gündəm
Şotlandiyada baltalı şəxs hücum etdi: yaralılar var
00:31 21.06.2026
Dünya
Polşa Prezidenti: Zelenski bizim "qırmızı xəttimiz"i keçib
23:40 20.06.2026
Dünya
DÇ-26: Niderland İsveçi darmadağın etdi
23:21 20.06.2026
Futbol
Gəncədə 67 yaşlı qadının meyiti tapıldı
22:32 20.06.2026
Hadisə
Ağstafaya dolu düşdü
22:21 20.06.2026
Ekologiya
Müharibə əsla dayanmayacaq, İsrail bu razılaşmanı pozacaq - ŞƏRH
21:56 20.06.2026
Gündəm
"Qarabağ"ın oyununda yeddi qol vuruldu
20:57 20.06.2026
Futbol
AYB-nin Mingəçevir bölməsinin sədri vəfat edib
20:46 20.06.2026
Ədəbiyyat
Urmiya gölündə son vəziyyət: 18 dəfə artım...
20:27 20.06.2026
Region
Siqaret qaçaqmalçılığı üzrə daha bir məhkəmə başlayır
20:14 20.06.2026
Cəmiyyət
ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazının açıq olduğunu iddia edir
19:59 20.06.2026
Gündəm
Azərbaycana turist axını azaldı
19:44 20.06.2026
İqtisadiyyat
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə yola düşüb
19:23 20.06.2026
Gündəm