Ermənistan və Fransa hərbi təxribatda maraqlıdır – MƏKRLİ PLAN
Banuçiçək Kalbalıyeva
08:15 28.05.2021
Gündəm
561
“Çalışırlar ki, Azərbaycan Ermənistanın içərilərinə daxil olsun”
“Rusiya prosesə qarışsın və nəticədə Rusiya-Türkiyə toqquşması baş versin”
Mayın 27-dən 28-nə keçən gecə ərzində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Buzqov yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərimiz Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə açdığı atəşə məruz qalıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nəticədə hərbi qulluqçu əsgər Muradov Elxan İlham oğlu çiynindən yaralanıb. Yaralı əsgərimizə dərhal ilkin tibbi yardım göstərilərək hospitala təxliyə edilib. Hərbi qulluqçumuzun həyatı üçün heç bir təhlükə yoxdur.
Müdafiə Nazirliyinin rəhbərliyi yaralı əsgərin tezliklə şəfa tapmasını diləyir.
Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin cavab atəşi ilə qarşı tərəf susdurulub. Əməliyyat şəraiti Azərbaycan ordusunun tam nəzarəti altındadır.
“Bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan sahəsində vəziyyətin nisbi gərginləşdirilməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür. Ermənistan tərəfini təxribatlar törətməkdən, vəziyyətin gərginləşməsinə səbəb olacaq digər addımlardan çəkinməyə və məsuliyyətli davranmağa çağırırıq”, - deyə Müdafiə Nazirliyi bəyan edib.
Vəziyyəti dəyərləndirən MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a deyib ki, Ermənistan dövlət sərhədinin delimitasiyasından yayınır və baş nazir səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan seçki öncəsi sərhəddə təxribatlara hazırlaşır:
“Prezident Armen Sarkisyan orduya əmr verib və Nikol Paşinyan heç bir dəhlizin olmayacağını vurğulayıb. Ermənistanın bu provakasiyalari və təxribatları sərhəddə hərbi toqquşmaya səbəb ola bilər. Ola bilər, Paşinyan çalışır ki, hərbi toqquşma baş versin və seçkini ləğv etsin. Çünki onun bu vəziyyətdə seçilməsi artıq polemikadı”.
M.Əsədullazadə, həmçinin düşmənin niyyətini izah etdi:
“ABŞ öz vətəndaşlarına və Azərbaycana səfər etməməyi çağırış etməsi belə bir hərbi toqquşmanın olacağından qaynaqlanır. İki ölkə sərhəddində vəziyyətin gərgin olmasını Rusiya dövlət başçısı Putinin zəngi də təsdiq edir. Ermənistan hakimiyyəti hərbi təxribatda maraqlıdır. Çalışır ki, Azərbaycan Ermənistanın içərilərinə daxil olsun. Rusiya prosesə qarışsın və nəticədə Rusiya-Türkiyə toqquşması baş versin. Fransa da bu böhranın qızışmasında fəal rol oynayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə