Ermənistana veriləcək silahların "təyinatı" açıqlandı
Yusif Nəzərli
09:39 24.10.2023
Gündəm
274
Azərbaycan Fransanın Ermənistanı silahlandırmaq qərarının regional sülhün bərqərar olması üçün göstərilən beynəlxalq səylərə xidmət etmədiyini bildirir. Fransanın Ermənistana verdiyi silahların 30 il əvvəl olduğu kimi, Azərbaycan torpaqlarını işğal etməyə deyil, yalnız müdafiə məqsədləri üçün istifadə olunacağına necə təminat verə bilərsiniz?
Trend xəbər verir ki, bu sualı Anadolu agentliyinin müxbiri Fransa silahlı qüvvələr naziri Sebastian Lökornüyə onun erməni həmkarı Suren Papikyan ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında ünvanlayıb.
S.Lökornü suala cavabında deyib ki, ölkəsinin Ermənistana verəcəyi silahlar müdafiə xarakterli olacaq və yalnız hərbi təcavüz zamanı mülki əhalini müdafiə etmək məqsədilə istifadə olunacaq.
Yerli jurnalistlərin Ermənistana silahların çatdırılma tarixi ilə bağlı suallarına cavab verən nazir bildirib ki, hüquqi prosedurlar, eləcə də, istehsal vaxt tələb edir. Buna görə də dəqiq tarix bilinmir.
Mətbuat konfransında diqqətçəkən məqam isə erməni nazirə sual verilməsinin qadağan edilməsi ilə bağlı olub. Mətbuat konfransından əvvəl erməni nazirə sual verilməyəcəyi bildirilib. Konfrans zamanı fransız deputat erməni nazirə sual vermək istəyərkən, S.Lökornü deputata göz vuraraq, erməni həmkarı ilə fikir mübadiləsi aparmaq üçün deputatların kifayət qədər vaxtlarının olacağını deyib.
Qeyd edək ki, Fransanın silahlı qüvvələr naziri Sebastyan Lökornü və onun erməni həmkarı Suren Papikyan Ermənistana hava hücumundan müdafiə sistemlərinin satışı da daxil olmaqla, bir sıra silahların tədarükü ilə bağlı müqavilələr imzalayıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm