Ermənistan parlamenti birinci oxunuşda ölkənin Seçki Məcəlləsinə düzəlişləri qəbul edib.
"Report" Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, qanun layihəsinin lehinə 66, əleyhinə isə 16 deputat səs verib.
"Mülki müqavilə" partiyasındann olan deputatlar tərəfindən hazırlanmış sənəd partiyaların və seçki bloklarının adlarına dair bir sıra məhdudiyyətləri nəzərdə tutur. Xüsusilə, adlarda fiziki şəxslərin, eləcə də dövlət və bələdiyyə qurumlarının adlarının ("Ermənistan", "İrəvan" və s.) istifadəsinin qadağan edilməsi təklif olunur.
Təşəbbüs müəllifləri hesab edirlər ki, partiya sisteminin inkişafına, dövlət adlarının istifadəsinə qoyulan məhdudiyyət isə siyasi qüvvələrin dövlətlə eyniləşdirilməsinin qarşısının alınmasına yönəlib.
Bundan əlavə, adlara təhqiramiz ifadələrin daxil edilməsinin qadağan olunması təklif edilir.