AQEM beynəlxalq təşkilata çevrilə bilər.
Teleqraf xəbər verir ki, bunu BMTMM-in İdarə Heyəti sədrinin müavini Fərhad Məmmədov Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda bildirib.
O qeyd edib ki, qlobal qeyri-sabitlik fonunda regional təşkilatların əhəmiyyəti artır.
Fərhad Məmmədov Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində mühüm təşəbbüslərin irəli sürüldüyünü deyib:
“AQEM tamhüquqlu beynəlxalq təşkilata çevrilmək potensialına malikdir”.