FHN yanında İctimai şuranın iclası keçirilib
Yusif Nəzərli
06:29 08.12.2023
Gündəm
288
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə əlaqədar FHN yanında İctimai şuranın iclası keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, iclasın keçirilməsində əsas məqsəd Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin ölkə ərazisində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələrin ictimai müzakirəsi olub.
İclasda İctimai şuranın sədri Fuad Hacızadə və şuranın digər üzvləri, FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarə rəisinin müavini Gündüz Həmzəyəv, İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini Vüqar Novruzov və Agentliyin əməkdaşları iştirak ediblər.
İclasda çıxış edən Agentliyin rəisi N.Əliyev təmsil etdiyi qurum tərəfindən ölkə ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq nüvə və radioloji fəaliyyət növləri ilə məşğul olan təşkilatlarda nəzarət-yoxlama tədbirləri həyata keçirilib, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı sanksiyalar tətbiq edilib, ionlaşdırıcı şüalanma mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazələrin verilməsi, ionlaşdırıcı şüalanma mənbələrinin və onlardan istifadə edən obyektlərin reyestrinin aparılması, ixrac nəzarətinə düşən malların idxalı, ixracı və tranzitinə nəzarətdə iştirak təmin edilib, nüvə və radiasiya təhlükəli obyektlərdə nüvə və radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, eyni zamanda, nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə işləri həyata keçirilib.
Agentliyin fəaliyyətini ümumilikdə müsbət qiymətləndirən İctimai şura üzvləri nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla birgə əlaqəli fəaliyyətin əhəmiyyətini qeyd ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən iclas zamanı İctimai şura üzvləri nüvə və radioloji təhlükəsizliyin təmin edilməsi məsələləri ilə bağlı fikir və təkliflərini bildiriblər.
Oxşar xəbərlər
Naxçıvanın taleyini dəyişəcək layihə: Alimlər TRIPP-in böyük dəyişiklik vəd etdiyini açıqladı
23:11 11.08.2026
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor "Şərq"ə tarix də açıqladı
22:32 11.08.2026
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi