Həmin büstün müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Universitetinin IV kurs tələbəsi Təbriz Soltanlıdır. İstedadlı gənc bu təşəbbüsü barədə “Sherg.az”ın suallarını cavablandırıb:
Generalın büstünü hazırlayan gənc “Şərq”ə danışdı: “...İstəsələr, verərəm!”
Banuçiçək Kalbalıyeva
15:10 22.07.2020
Gündəm
1097
“Polad Həşimovun döyüş yoldaşı, polkovnik İlqar Mirzəyevin də xatirəsinə belə bir büst hazırlayacam”
Son günlər sosial şəbəkələrdə paylaşılan əsas fotolardan biri Tovuz döyüşlərində qəhrəmancasına şəhid olan general-mayor Polad Həşimovun büstüdür. İnsanlar fəxrlə bu büstün görüntüsünü yayır, ali rütbəli zabitimiz haqqında “Allah rəhmət eləsin!” deyirlər.
Həmin büstün müəllifi isə Azərbaycan Dövlət Rəssamlıq Universitetinin IV kurs tələbəsi Təbriz Soltanlıdır. İstedadlı gənc bu təşəbbüsü barədə “Sherg.az”ın suallarını cavablandırıb:
- Necə oldu ki, şəhidimizin büstünü hazırlamağı qərara aldınız?
-Əlbəttə, cənab generalın qəhrəmancasına həlak olması hər kəs kimi məni də duyğulandırdı. Onun əsgərlərlə birlikdə döyüşməsi böyük şücaətdir. Hər birimiz əlimizdən gəldiyi qədər Polad bəyin xatirəsini yad etməli idik. Mənim də əlimdən gələn bu idi. Generalın büstünü hazırlamaq öz ideyamdır. Kimdənsə məsləhət almamışam.
-Bu, ilk işiniz idi?
-Xeyr. Milli qəhrəmanımız Mübariz İbrahimovun da büstünü hazırlamışdım. 2012-ci ildə kollecdə oxuduğum illərdə diplom işim olub. Bacardığım qədər qəhrəmanlarımızın, şəhidlərimizin heykəllərini, büstlərini düzəldirəm.
-Polad Həşimovun büstünü hazırlamağa nə qədər vaxt sərf etdiniz?
-Dörd günə işi tamamilə bitirdim. Əvvəl eskizi, sonra isə büstü hazırladım. Əgər hardansa istəsələr, büstü məmnuniyyətlə, özü də təmannasız verərəm.
-Reaksiyalar necə oldu?
-Çox yaxşı. Tanıyan, tanımayan hər kəs razılığını bildirdi, “əliniz, qolunuz var olsun” dedilər. Sözsüz ki, büstü hazırlamağım aldığım təriflərə görə deyildi. Bu, mənim vətəndaşlıq borcum idi.
-Gələcək planlarınız nələrdir?
-General-mayorun döyüş yoldaşı, polkovnik İlqar Mirzəyevin də xatirəsinə belə bir büst hazırlayacam. İkisinin də ruhu şad olsun!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat