"Güc məndədir" - Çempionun enerji içkisini reklam etməsi qınandı
Fidan Həmişəyeva
13:46 11.10.2019
Gündəm
2356
Enerji içkilərinin sağlamlıq üçün zərərindən çox danışılıb. Hətta bu içkilərlə bağlı dəfələrlə araşdırma aparılaraq onun tərkibindəki təhlükəli maddələrin də adı açıqlanıb. Hər zaman mütəxəssislər və həkimlər enerji içkilərinin böyük təhlükələrə yol açacağını bildirir.
Amma təəssüf ki, bu içkiləri əldə etmək bir yana hətta onların reklamı və təbliğatı ilə məşğuluq. Belə ki, Azərbaycanın və dünyanın tanınmış karateçisi Rafael Ağayev "Bizon" brendi ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Metrostansiyalarda idmançının “Bizon”nun reklamına dair plakatı əks olunub. İçki “Güc məndədir” devizi altında reklam olunur. Böyük uğurlara imza atan idmançının sağlamlıq üçün təhlükə yaradan məhsulun reklamında iştirakı təəssüfləndiricidir.
Mövzu ətrafında fikirlərini Sherg.az-la bölüşən həkim Şahvələd Məmmədov bildirdi ki, nəinki bir idmançının ümumiyyətlə enerji içkilərinin kim tərəfindən olursa-olsun təbliği yaxşı hal deyil:
“Bir zamanlar dünya çempionumuz Zabit Səmədov da “Efridol” preparatını reklam edirdi. Hər halda bu reklamı az da olsa başa düşmək olar. Çünki “Efridol” ağrıkəsici effektə malikdir. Amma enerji içkilərinin reklamına heç bir halda yol vermək olmaz. İstənilən halda belə reklamların olması qəbul edilməzdir. Tanınmış idmançıların bu cür reklamlarla razılaşmasını başa düşmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi