Gürcüstanda azərbaycanlı kriminal avtoritetin sifariş etdiyi qətlin qarşısı alınıb
17:40 07.11.2025
Gündəm
201
Gürcüstanda sifarişli qətlin qarşısı alınıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib.
Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli olub.
Qətli sifariş edilən şəxs Məmmədovun təhdidlə tələb etdiyi 200 min ABŞ dollarını ödəməkdən imtina edib.
Axtarış zamanı saxlanılan şəxsin üzərindən Makarov sistemli tapança müsadirə olunub. O, günahını etiraf edib.
Elmuraz Məmmədov barəsində bir sıra cinayət işləri üzrə istintaq aparılır. Son aylar ərzində ona müxtəlif işlər üzrə qiyabi ittihamlar irəli sürülüb. Məmmədovun İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu və xaricdə gizləndiyi bildirilib. Saxlanılması üçün Gürcüstanın hüquq-mühafizə orqanları intensiv iş aparırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla bağlı iddianı təkzib etdi
13:09 12.03.2026
Cəmiyyət
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək - RƏY
13:02 12.03.2026
Gündəm
İsraildə yaralananların sayı 2745-ə çatıb
12:51 12.03.2026
Dünya
Zənginlər müharibədən qaçmaq üçün SƏRVƏT XƏRCLƏYİR
12:40 12.03.2026
Gündəm
Gəncədə sahibsiz itlərin toplanmasına başlandı - FOTO
12:26 12.03.2026
Ölkə
Qebreyesus səhiyyəyə çox az vəsait ayrılmasından şikayətlənib
11:38 12.03.2026
Gündəm
"Bitcoin"in qiyməti yenidən 69 min dollara enib
11:10 12.03.2026
İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 95 dolları ötdü
09:58 12.03.2026
İqtisadiyyat
Qızıl və gümüş ucuzlaşdı
09:48 12.03.2026
İqtisadiyyat