İranda Ali Dini lider postu ləğv edilə bilər
“Ekspertlər Şurasına hücum rejimi iflasa aparır”
“Kollektiv rəhbərlik planı gündəmdədir”
İranda Ali Dini lider postu ilə bağlı mümkün ssenarilər ətrafında müxtəlif fərziyyələr və iddialar səsləndirilir. Konstitusiyaya görə, bu vəzifəyə təyinat səlahiyyəti Ekspertlər Şurasına məxsusdur və proses həm dini, həm də siyasi balanslar çərçivəsində formalaşır. Lakin regional gərginliklər, təhlükəsizlik riskləri və beynəlxalq aktorların mümkün təsir imkanları müzakirələri daha da mürəkkəbləşdirir.
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay İranda yeni Ali Dini liderin seçilməsi ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Xameneidən sonra Ali Dini lider vəzifəsinə kim gələ bilər?
-Əli Xamnei vəfat etdikdən sonra normal şərtlərdə “Rəhbər” (Vilayət-i Fəqih) məqamı üçün üç güclü ssenari var idi. Lakin son 24 saatdakı hava hücumları bu siyahını alt-üst etdi.
1. Müctəba Xamenei Əli Xamneinin oğludur. SEPAH (İnqilab Keşikçiləri Korpusu) daxilində çox güclü şəbəkəyə malikdir. Lakin xalq arasında “monarxiyaya dönüş” təsəvvürü yaratdığı üçün legitimliyi zəifdir. Məclis binasına hücum və Trampın “üç namizəd də öldü” açıqlaması Müctəbanın ya fiziki olaraq hədəf alındığını, ya da siyasi olaraq “xətdən çıxarıldığını” göstərir.
2. Əlirza Ərafi Qum hövzəsinin güclü simasıdır. Rejimin ideoloji davamlılığını təmsil edir.
3. İbrahim Rəisi bu proses üçün hazırlanmışdı. Lakin 2024-cü ildə helikopter qəzasında öldü. Onun ölümü varislik zəncirində ilk böyük qırılma oldu. Bu gün İbrahim Rəisini siyahıdan çıxsaq, geriyə 2 nəfər qalır.
-Ekspertlər Şurasına atəş açılmasını necə qiymətləndirirsiniz?
-88 müctəhiddən ibarət bu məclis normalda “Tanrının yer üzündəki kölgəsini” seçir. Lakin binanın “yerlə-yeksan edilməsi” və iclas halında vurulması bir neçə nəticə doğurur.
Qərar mexanizmi iflas ola bilər. Əgər 88 üzvün əhəmiyyətli hissəsi hücumda həyatını itiribsə və ya qaçıbsa, qərar verilə bilməz. Bu isə konstitusion aralıq dövrü deməkdir.
Məcburi Hal və Təxirə Salınma yaşana bilər. Müharibə şəraiti və binaların bombalanması bu seçimi qeyri-mümkün edir. Seçimin baş tutmadığı hər saat sahədəki DMO komandirlərinin “faktiki diktaturasına” zəmin yaradır.
-ABŞ seçimlərə necə təsir edəcək?
-ABŞ əlbəttə sandığa gedib səs verməyəcək. Lakin “təyinat üsulu” prosesinə təzyiq göstərəcək.
Donald Trampın bir neçə strateji planı var.
Tramp “Ağlımdakı namizədlər öldü” deyərək əslində Elspertlər Şurasına bu mesajı verir: “Mənim təsdiqləmədiyim (Qərblə danışıqlara getməyəcək, sərt ideoloq) kimi seçsəniz, o kresloya oturduğu gün hədəfimiz olacaq".
ABŞ yeni “Dini Lider” seçilməsini deyil, bu vəzifənin tamamilə ləğv edilərək səlahiyyətlərin (Qərbin müzakirə edə biləcəyi) prezident Məsud Pezeşkiana verilməsini istəyir.
-Bəs sizin proqnozunuz varmı?
-Verdiyiniz suallar hazırda Tehran, Vaşinqton və bölgə kəşfiyyatlarının ən böyük “qara qutusu”dur.
“Kollektiv Rəhbərlik” və ya “Hərbi Şura”, 88 nəfərlik Məclis tək bir ad üzərində razılaşa bilməsə və ya təhlükəsizlik səbəbilə toplaşa bilmərsə, rejimi ayaqda saxlamaq üçün müvəqqəti “Ali Liderlik Şurası” yaradıla bilər. Lakin bu şuranın ömrü uzun olmaz. Çünki SEPAH-ın gənc nəsli ilə yaşlı mollalar arasındakı mübarizə, kənardan gələn raketlərdən daha dağıdıcı olacaq.
Uzmanlar Məclisi hazırda “seçim” deyil, “sağ qalmaq” dərdindədir. Tramp isə böyük ehtimalla “Amerika vətəndaşı Papa” nümunəsində olduğu kimi, Qərblə razılaşmağa hazır, islahatçı görüntülü bir adın və ya sistemin önünü açmaq üçün təzyiqi artıracaq.