Hər şeyi dövlətdən gözləməli deyilik: Balaca şəhid guşəsini təmiz saxlamaq çətindir?
Fidan Həmişəyeva
14:05 16.10.2019
Gündəm
712
Bu günlərdə gənc tarixçi-araşdırmaçı Şəhla Cabbarlı şəxsi Feysbuk səhifəsində maraqlı məsələyə toxunub. Tarixçi status yazaraq bildirib ki, Günəşli qəsəbəsində şəhidlər guşəsi baxımsız vəziyyətdədir. "Günəşliyə gəlmişəm. Buralara heç baxan yoxdur. Binaların arasında balaca park var, qarşısında şəhid guşəsi. Mərmərin üzəri çox çirkli və palçıqlı. Hörmətsiz bir görüntü kimi qalıb orada".
Ş.Cabbarlı qeyd edib ki, ən azından kirilcə yazıları dəyişmək olardı:
"Üstəlik buradakı camaat da qəribədir. Bu mərmərlərin üstünü ayda bir dəfə təmizləyib, ora gül əkmək nə çətin işdir ki? Bizim məhləmizdə belə bir guşə olsaydı, şəxsən mən sevə-sevə edərdim. Şəhidinə əvvəlcə xalq qiymət verməlidir ki, sonra hökumət çəkinsin, diqqətli olsun".
Adətən bu kimi məsələlərlə müvafiq dövlət qurumları, bələdiyyələr məşğul olmalıdırlar. Lakin görünən odur ki, bu qurumlarla yanaşı cəmiyyət üzvləri də şəhidlərimizə qarşı olduqca biganədir.
Məsələni dəyərləndirən sosioloq-alim Əhməd Qəşəmoğlu Sherg.az-a bildirib ki, hər zaman hansısa problem olanda oturub gözləyirik ki, həmin problemi dövlət qurumları həll etsin.
Sosioloqun sözlərinə görə, şəhid guşəsinin yaxşı vəziyyətə olması üçün ilk öncə ictimaiyyət bir araya gəlməlidir:
“Cəmiyyət elə formalaşmalıdır ki, bu kimi məsələlərdə kimisə gözləməsin. Əvvəldən də insanlarımızda belə passivlik var. Lakin kənd yerlərində belə deyil. Kənd camaatı hər hansı bir problem olan zaman bir araya yığışıb problemin həlli üçün müzakirələr aparırlar. Ona görə də elə mühit yaratmalıyıq ki, insanlarımız belə məsələlərdən ötrü başqalarında kömək gözləməsinlər. Beş adam olsa, yığışıb növbə ilə həmin guşəni yaxşı vəziyyətə sala bilərlər. Belə təşəbbüs göstərdikləri zaman digərləri də onlara baxıb ibrət götürəcəklər. Daha sonra gördükləri işi də sosial şəbəkələrdə yaya bilərlər. Biz isə oturub gözləyirik ki, hansısa dövlət qurumu bunu edəcək. Həmin qurumlar da ancaq maddiyat bardə düşünür və mənəvi məsələlər yaddan çıxıb. Ona görə də belə məqamlarda vətəndaş cəmiyyəti, ictimai təşkilatlar fəal olmalıdırlar. Bu istiqamətdə məktəblərdə maarifləndirmə işi aparmalıyıq. Ölkəmizdə belə problemlərin olmasına səbəb mənəvi dəyərlərin arxa plana keçməsidir. Get-gedə maddi dəyərlər daha çox at oynadır. Belə məsələlərdə günah daha çox ictimai təşkilatlardadır. Onlar vətəndaşlar arasında maarifləndirmə işlərini yaxşı aparmırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region