Hərbi bazaya Trampın adı veriləcək

“Əgər bu layihə həyata keçirilərsə, Polşadakı Amerika hərbi bazası ABŞ Prezidentinin şərəfinə “Fort-Tramp” adlandırılacaq.

Teleqraf xəbər verir ki, bunu Polşa lideri Karol Navrotski deyib.

“ABŞ Prezident Administrasiyası və hər iki ölkənin hökumətləri işlərini başa çatdırdıqda, düşünürəm ki, Prezident Tramp şəxsən “Fort-Tramp” bazasının açılışında iştirak edə biləcək”, - o, “Bloomberg” telekanalına müsahibəsində bildirib.

Navrotski bazanın açılması ilə bağlı qərarın nə vaxt qəbul edilə biləcəyini açıqlamayıb: “Hazırda həll edilməli olan inzibati və maliyyə məsələləri var”.

İyunun 3-də Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış ABŞ-nin müharibə naziri Pit Heqsetə ölkəsində Amerika qoşunlarının daimi bazasının yaradılması ilə bağlı rəsmi təklif təqdim edib. Sentyabrın əvvəlində ABŞ nümayəndə heyəti Polşaya səfər edib və potensial bazanın yerləşdirilməsi üçün ərazilərə baxış keçirib. Tramp da bununla bağlı danışıqlarda əldə olunan irəliləyiş barədə açıqlama verib.