Fars körfəzində silahlı münaqişənin başlamasından bəri Hörmüz boğazından keçən neft tankerlərinin sayı ən azı 90% azalıb.
APA xəbər verir ki, bunu Bəhreyn xarici işlər naziri Əbdül Lətif bin Rəşid əl-Zəyani bildirib.
"Bu ilin 28 fevralından bəri Hörmüz boğazından keçən tankerlərin hərəkəti 90%-dən çox azalıb. Hörmüz boğazındakı mövcud vəziyyət beynəlxalq hüquq prinsiplərinə, qlobal sabitliyə və ərzaq təhlükəsizliyinə real təhlükə yaradır", - XİN rəhbəri bildirib.