Hüququn tələbi: ““İsgəndər”i atan da, satan da cəzalanmalıdır”
Banuçiçək Kalbalıyeva
13:09 07.04.2021
Gündəm
1341
Şuşaya atılan “İsgəndər M” raketi ilə bağlı mübahisələr səngimir. Hər gün yeni bir iddia ortaya çıxır. Doğrudur, məsələ araşdırılır. Və, əlbəttə cinayət cəzasız qalmayacaq. Bunun Rusiyanın və ya Ermənistanın əməli olmasından asılı olmayaraq, təqsirkar cəzasını alacaq. Almalıdır da. BDU-nun Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Sherg.az”a açıqlamasında məsələni daha ətraflı şərh etdi:
““M” “İsgəndər”in ən son versiyasıdır. Bu silahın tətbiqi çox böyük fəlakətlər törədə bilər. Yəni olduqca təhlükəlidir. Odur ki, lüzumsuz və və zərurət olmadan dağıntlara səbəb olan “İsgəndər”in yaşayış yerində tətbiq edilməsi qadağandır. Şuşa kimi bir yerə sözügedən silahın atılması isə müharibə cinayətidir”.
Ə.Əliyevin sözlərinə görə, məsuliyyətə cəlb olunan tərəflərin sayı çox ola bilər:
“Ermənistan baş naziri Nikol Paşinyan raketin atıldığını etiraf edir. Nə olsun ki, partlamayıb? Bu, onları məsuliyyətdən qurtarmır. Əsas məsələ rəsmi İrəvanın “İsgəndər- M”-i hardan, necə əldə etməsidir. Bu, ciddi istintaq işidir və dəqiqliklə araşdırılmalıdır. Təkcə silahı atan yox, həm də raketi satan və ya verən tərəf beynəlxalq humanitar hüququn tələblərinə uyğun cəzalanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat
Fərhad Məmmədov: Ermənilərlə bu görüşün simvolik mənası odur ki...
15:31 11.04.2026
Gündəm
ABŞ mətbuatı yazdı: “Çindən İrana səssiz dəstək”
15:01 11.04.2026
Dünya