İlham Əliyev CAR-ın Milli Assambleyasının sədrini qəbul edib
Yusif Nəzərli
08:54 18.05.2023
Gündəm
444
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası (CAR) Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.
"Report" xəbər verir ki, dövlət başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.
Azərbaycan Prezidenti ilə görüşməkdən və Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.
Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirib.
Dövlət başçısının Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini vurğulayan Nosivive Mapisa-Nqakula Ulu Öndərin Azərbaycan tarixində müstəsna rol oynayan böyük şəxsiyyət və Lider olduğunu qeyd edib, ölkəmizin inkişafında onun müstəsna rolunu vurğulayıb. Qonaq deyib ki, Azərbaycanın keçdiyi inkişaf yolu bir nümunədir.
Prezident İlham Əliyev qeyd edib ki, dövlətçiliyimizin qurucusu olan Ulu Öndər ölkəyə rəhbərliyə gəldiyi dövrdə Azərbaycan çox ağır vəziyyətdə idi. Məhz Ümummilli Liderin güclü iradəsi və yorulmaz səyləri nəticəsində Azərbaycan çətin vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.
Söhbət zamanı ikitərəfli əlaqələrin genişlənməsinin vacibliyi vurğulanıb, əməkdaşlıq üçün yaxşı potensialın olduğu qeyd edilib, kənd təsərrüfatı, enerji, turizm, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə Azərbaycan və Cənubi Afrika Respublikasının beynəlxalq təşkilatlar, həmçinin Qoşulmama Hərəkatında uğurlu əməkdaşlığı qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi