İlham Əliyev islahatlara başlayacaq - YENİ MƏRHƏLƏ
21:08 08.02.2024
Gündəm
519
Azərbaycanda növbədənkənar Prezident seçkilərinin başa çatması yeni mərhələnin başlanması deməkdir
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olundu. Mərkəzi Seçki komissiyasının açıqlamasına əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,12 faiz səslə Prezident seçkilərində liderlik edib. Zahid Oruc 2,1 faiz, Fazil Mustafa 1,98 faiz, Qüdrət Həsənquliyev isə 1,72 səs toplayıb. Digər namizədlərin səs faizi isə sıfırın altında olub. Ölkə üzrə seçici fəallığının 76,73 faiz olduğu, yəni 4 milyon 971 min 32 nəfərin səs verdiyi açıqlanıb. Ümumilikdə ölkə üzrə 6 milyon 478 min 623 seçici var. Seçkidə səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra artıq dövlət başçıları tərəfindən Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməyə başlayıb. İlk təbrik edənlər Özbəkistan Prezidenti Şövkət Mirziyayev və Belarus lideri Aleksandr Lukaşenko olub. Macarıstan Baş naziri Viktor Orban, həmçinin qardaş Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğan da Mərkəzi Seçki Komissiyasının ilkin rəsmi nəticələri açıqlanana qədər artıq İlham Əliyevə zəng etmişdilər. Ərdoğan eyni zamanda rəsmi məktubla da təbriklərini çatdırıb. Bununla yanaşı, İraq lideri Əbdüllətif Camal Rəşid, Serbiya Prezidenti Aleksandr Vuçiç, Şimali Kipr lideri Ərsin Tatar, İran Prezidenti İbrahim Rəisi, Pakistan Prezidenti Arif Alvi, Çin sədri Si Szinpin artıq gecə yarısına qədər Prezident İlham Əliyevi inamlı qələbəsinə görə təbrik ediblər. Fevralın 8-də Prezidentə təbrik məktubları gəlməyə davam edib. MSK-nın məlumatına görə, seçki günü seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsi olub. Həmin seçki dairəsində seçici fəallığı 83,36 faizə çatıb. Seçici fəallığının ən aşağı olduğu dairə isə 19 saylı Nərimanov Birinci Seçki Dairəsi sayılıb. Bu seçki dairəsində seçici fəallığı 59,80 faiz olub. Qeyd edək ki, Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə seçicilərin yarısından çoxu iştirak etdikdə Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır. Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsinin nəticələr haqqında qərarı qətidir. Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı rəsmi elan etdiyi gündən başlayaraq prezident seçilmiş şəxs üç gün ərzində and içir. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
Millət vəkili Vüqar Bayramov "Şərq"ə deyib ki, Azərbaycanda növbədənkənar Prezident seçkilərinin başa çatması yeni mərhələnin başlanması deməkdir. Deputatın sözlərinə görə, yeni mərhələdə iqtisadi və institusional islahatların dərinləşməsi ilə yanaşı regional stabilliyin güclənəcəyinə də zəmin yaranır: "Yeni dövr bütün sferalarda islahatların daha da dərinləşməsi, "Böyük Qayıdış"ın intensiv davam etdirilməsi və Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq. Qalib Xalq Müzəffər Ali Baş Komandanına böyük etimadını bir daha nümayiş etdirdi. 2023-cü ildə əldə etdiyimiz uğurlar yeni mərhələdə daha da möhkəmləndiriləcək. Ərazi bütövlüyü və suverenliyimizin tam bərpa olunması kontekstində iqtisadi islahatların daha da dərinləşməsi daha da prioritetləşməkdədir. Fevralın 7-də keçirilən seçki zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək. Xalqımız bu seçkidə də qalib xalqın qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm