Azərbaycan ilə Çin arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi insanlararası təmasların və turizmin inkişafına təkan verib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edib.
İlham Əliyev vurğulayıb ki, son dövrdə ikitərəfli əlaqələrin salnaməsi mühüm hadisələrlə zəngin olub, iqtisadi-ticari, nəqliyyat-logistika, sərmayə qoyuluşu, enerji, kənd təsərrüfatı və humanitar sahələrdə səmərəli əməkdaşlıq dinamik inkişaf edərək yeni mahiyyət kəsb edib:
"Artıq bir ildir ki, ölkələrimiz arasında tətbiq edilən vizasız gediş-gəliş rejimi öz növbəsində insanlararası təmasların və turizmin inkişafına təkan vermişdir".