İran: ABŞ-nin hər hansı quru əməliyyatı məğlubiyyətlə nəticələnəcək

ABŞ qüvvələrinin İran ərazisində həyata keçirəcəyi hər hansı quru əməliyyatı tam uğursuzluğa düçar olacaq və İran ordusu ilə onunla əməkdaşlıq edən xalq milisi tərəfindən məğlub ediləcək.

Sherg.az xəbər verir ki, bu barədə İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahı xəbərdarlıq edib.

“İrana qarşı hər hansı aqressiya, quru əməliyyatları və düşmənin ölkənin istənilən hissəsinə daxil olması İran silahlı qüvvələri və səfərbər edilmiş xalq milisi tərəfindən qətiyyətli və rüsvayedici məğlubiyyətə uğrayacaq”, - deyə Baş Qərargahın xüsusi bəyanatında qeyd olunur.