İranda 28 dekabrdan bəri davam edən etirazlar 18-ci günə qədəm qoyub və ABŞ müdaxiləsi iddiaları fonunda gərginlik artır.
Sherg.az xəbər verir ki, Təbriz rəhbərliyi ardıcıl iki NOTAM yayımlayaraq ölkənin hava sahəsini müvəqqəti olaraq bütün uçuşlara bağlayıb. Etirazlarda həyatını itirənlərin sayı 3 428-ə, həbs olunanların sayı isə 10 minə çatıb.
ABŞ Prezidenti Donald Tramp etirazları dəstəklədiyini bildirib, İran Xarici İşlər naziri Abbas Arakçi isə ölkədə sükunətin təmin olunduğunu və edam planının olmadığını açıqlayıb.