İstanbulda İsrail Konsulluğu qarşısında atışma: 2 hücumçu öldürüldü, polis yaralı - YENİLƏNİB

İstanbulun Beşiktaş rayonunda, İsrail Konsulluğunun yerləşdiyi binanın önündə silahlı qarşıdurma baş verib. İstanbul polisi məlumat verir ki, hadisədə 3 şübhəli zərərsizləşdirilib: 2-si ölü, 1-i yaralıdır.

Sherg.az xəbər verir ki, hadisə konsulluğun Leventdəki 7-ci mərtəbəsinə suiqəsd cəhdi ilə bağlıdır. Hücumçular uzun namlulu silahlarla hərəkət edərkən polis və konsulluq təhlükəsizlik işçiləri tərəfindən qarşılanıb. Qarşıdurma nəticəsində iki hücumçu zərərsizləşdirilib, üçüncüsü isə yaralı vəziyyətdə tutulub. Hadisə zamanı 2 polis əməkdaşı da yaralanıb.

Ədliyyə naziri Akın Gürlek bildirib ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğu dərhal istintaq başlayıb və araşdırmalar genişmiqyaslı və diqqətli şəkildə davam edir.

Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub və digər potensial hücumçuların olub-olmaması araşdırılır.

Bölgədə təhlükəsizlik tədbirləri artırılıb və ictimaiyyətə hadisə barədə məlumatlar davamlı olaraq verilir.