Karantinə "TOY" tutanlara sərt təpki: “İndi heç əyləncə vaxtıdırmı?!” - Nəticə çıxarın !
Banuçiçək Kalbalıyeva
08:56 22.08.2020
Gündəm
1575
“Qazaxda olarkən bəzi məmurların toy elədiyini eşidəndə ciddi mənəvi sarsıntı keçirdim. Bu, qəbuledilməzdir”
“Sadə vətəndaşları qayda-qanuna əməl etməyə çağıranlar özləri qayda-qanunu pozurlar”
General-mayor Polad Həşimov və onun silahdaşlarının Tovuz döyüşlərində şəhid olaraq əbədi dünyanı qazanmalarının üzərindən 40 gün keçir. Əlbəttə, geridən qalan bir aydan çox bu vaxt bizim üçün nə qədər ağır və kədərli keçsə də, bir o qədər də şanlı, şərəfli oldu. Çünki düşmənə Azərbaycan hərbçilərinin bir qarış torpaq uğrunda son qanlarına qədər vuruşmağa hazır olduğunu göstərməklə yanaşı, həm də millətimizin, xalqımızın birliyini, hərbi- vətənpərvərlik ruhunu nümayiş etdirdik.
Bu gün özünü vətəndaş hesab edən hər kəs şəhidlərimizin xatirəsini dərin hüznlə anır. Millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov “Sherg.az”a açıqlamamasında bildirib ki, o da şəhidlərimizi yad edir:
“Hazırda Qazaxdayam. Tovuz döyüşlərində şəhid olan zabit və əsgərlərimizin 40 mərasimdə iştirak edirəm. Düşünürəm ki, şəhidlərimizi xatırlamaq hər bir azərbaycanlının borcudur. Xüsusilə də indiki ağır şəraitdə-pandemiya dövründə biz onların ailələrinə dəstək olmalı, vətəndaşlıq mövqeyimizi göstərməliyik. Dediyim kimi, bu, vətəndaşlıq borcudur. Biz öz əməlimizlə dövlətimizin bu istiqamətdəki siyasətini dəstəkləməliyik”.
S.Seyidov, həmçinin bu günlərdə özünə toy edənləri, şadlıq keçirənləri də tənqid edib:
“Mən Qazaxda olarkən bəzi məmurların toy elədiyini eşidəndə çox ciddi mənəvi sarsıntı keçirdim. Bu, əlbəttə, qəbuledilməzdir. Xüsusilə bəzi məmurların da həmin məclisdə iştirak etmələri başadüşülməzdir. Ermənistanın təxribatlarının, növbəti işğal cəhdinin təzahürlərini gördüyün bir anda heç toyun, əyləncənin vaxtıdırmı? Sadə vətəndaşları qayda-qanuna əməl etməyə çağıranlar özləri qayda-qanunu pozurlar. Qərbdəki ikili standartlardan danışırıq, bəs bizim bəzi məmurların, millət vəkillərinin etdikləri nədir? Odur ki, sözügedən hadisədən ciddi nəticə çıxarmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm