Kərə yağı ucuzlaşmayacaq: Amma, qiymət də qalxmayacaq - ŞƏRH
Fidan Həmişəyeva
13:07 05.12.2019
Gündəm
1898
Ölkəmizdə kərə yağının bahalaşmasının qarşısını alınacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, daxili bazarda kərə yağının qiymətinin sabit qalması təmin olunacaq. “Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.
Qeyd edək ki, Baş nazir Əli Əsədov dekabrın 4-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Sherg.az-a açıqlamasında bildirib ki, gömrük rüsumunun azaldılmasının saxlanması qiyməti ucuzlaşdırmasa da, ən azı bahalaşmanın qabağını ala bilər. Amma bu addım o qədər də uğurlu deyil:
“Çünki məsələyə fundamental yanaşma yoxdur və gömrük siyasəti optimal deyil. Dövlət protektionist gömrük siyasəti yeritməlidir. Belə ki, yerli istehsalı və istehsal potensialı çox olan məhsullara gömrük güzəştləri tətbiq edib, ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara böyük gömrük rüsumları qoymaq normal hal deyil. O cümlədən süd məhsullarının yerli istehsal həcmi böyükdür və böyük də potensial var. Bu halda təcrübədən də gördüyümüz kimi, xaricdən idxal olunan yağlara aşağı gömrük rüsumunun tətbiqi qiyməti ucuzlaşdırmadı, əksinə, bu vəziyyət yerli istehsalı sıradan çıxarmağa başlayır. Belə ki, yerli süd zavodları və kiçik fermer təsəffüratlarının xaricdən ucuz gələn yağla rəqabət aparmaq üçün keyfiyyəti aşağı salmasına və təbii yağ əvəzinə süni qatqılarla yağ düzəltməsinə şərait yaranır”.
İqtisadçı qeyd edib ki, hazırda həm xaricdən gətirilən, həm də ölkədə istehsal olan yağların keyfiyyəti çox aşağıdır:
“Əksər hallarda isə bunlar spredlər, palma yağı və sair kimyəvi maddələrlə düzəldilmiş yağlardır ki, bunlar da əhalinin sağlamlığına ağır zərbə vurur, təhlükəli xəstəliklərin çoxalmasına səbəb olur. Yerli bazarda yağların keyfiyyətinə nəzarət sıfır səviyyəsindədir. Mağazaların vitrinlərinə baxmaq kifayətdir ki, bu sahədə hansı vəziyyətin mövcud olduğunu görəsən. Hesab edirəm ki, gömrük siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir. Konkret olaraq, qeyd etdiyimiz kimi, yanaşma belə olmalıdır- ölkədə istehsal olmayan və ya çox az olan məhsullara gömrük rüsumu xeyli azaldılmalı, yerli istehsalı yüksək olan məhsullara isə artırılmalıdır. Bu halda həm qiymətlər optimal olacaq, həm də yerli istehsal stimullaşmışacaq. Yeganə problem kimi xaricdən gətirilən və ölkədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək qalır. Ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq. Hələlik isə, bu sahədə vəziyyət acınacaqlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya