ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişədən çıxmaq niyyətindədir.
Sherg.az xəbər verir ki, bu barədə InfoBRICS yazır.
Qeyd olunur ki, Tramp “demək olar ki, eyni vaxtda həm Ukraynada, həm də İranda iki sarsıdıcı məğlubiyyətdən yayınmağa çalışacaq”.
Nəşrdə bildirilir: “Birinci halda onun qələbə qazanmayacağı tam aydındır, buna görə də indi o, ‘əllərini yumaq’ prinsipi ilə addım atmağın yolunu axtarır: sadəcə səssizcə Kiyev rejimini taleyin ümidinə buraxmaqla, ABŞ-nin imicinə zərər vurmadan geri çəkilmək istəyir”.
Bundan əvvəl Zelenski şikayət edib ki, Ukrayna münaqişənin nizamlanması üzrə danışıqlarda özünü vasitəçi kimi hiss edir.