Kreml Putin-Tramp telefon danışığının təfərrüatlarını açıqlayıb
19:16 16.10.2025
Gündəm
292
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın telefon danışığının təfərrüatlarını açıqlayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Uşakovun sözlərinə görə, prezidentilərin telefon danışığı təxminən iki saat yarım davam edib və çox məzmunlu, son dərəcə səmimi və etibarlı olub.
Ukrayna böhranına xüsusi diqqət yetirilib, Rusiya prezidenti vəziyyəti dəyərləndirib, Moskvanın sülh yolu ilə siyasi və diplomatik həllə nail olmaqda maraqlı olduğunu bildirib.
Uşakovun sözlərinə görə, Putin qeyd edib ki, Rusiya strateji təşəbbüsü əlində saxlayır, Ukrayna isə terror üsullarına əl atır və Rusiya buna cavab verməyə məcburdur.
Kreml rəsmisi əlavə edib ki, Tramp da öz növbəsində Ukraynada tezliklə sülhün bərqərar olmasının vacibliyini dəfələrlə vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin ən çətin olduğunu sübut edən fikir bütün söhbət zamanı özünü büruzə verib:
"ABŞ prezidenti qeyd edib ki, münaqişəyə son qoyulması əməkdaşlıq üçün böyük perspektivlər açacaq.
Telefon danışığı zamanı Ukraynaya mümkün uzaqmənzilli “Tomahawk” raketlərinin tədarükü məsələsinə də toxunulub. Putin bunun döyüş meydanında vəziyyəti dəyişməyəcəyini, lakin ölkələr arasında münasibətlərə ciddi ziyan vuracağını bir daha vurğulayıb".
Uşakov dövlət başçılarının yeni görüşün keçirilməsi imkanlarını da müzakirə etdiklərini söyləyib.
Qeyd edib ki, iki ölkənin nümayəndələrinin, məsələn Budapeştdə baş tuta biləcək görüşə dərhal hazırlaşmağa başlaması barədə razılıq əldə olunub.
"Təmas olduqca faydalı" oldu və iki lider təmasları davam etdirməyi razılaşdırıblar", - Putinin köməkçisi yekunlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya