ABŞ Prezidenti Donald Tramp İranın şərtlərini qəbul etməyə razılaşdıqda, faktiki olaraq kapitulyasiya edib.
Sherg.az xəbər verir ki, bu fikri Helsinki Universitetinin professoru Tuomas Malinen səsləndirib.
“Demək olar ki, tam kapitulyasiyadır”, - deyə o, X sosial şəbəkəsindəki hesabında yazıb.
Aprelin 8-nə keçən gecə Tramp İranla iki həftəlik atəşkəsə razılaşdığını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ABŞ və İran arasında atəşkəsi alqışlayıb.
Bundan sonra İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ-la münaqişədə qələbə qazandıqlarını bəyan edib.