Mənzil az, şərtlər ağır: Kirayə ev ümidləri “ÖLDÜ”
Turan
07:30 21.01.2020
Gündəm
728
“Cəmiyyətdə belə bir gözlənti var idi ki, kirayə evlərin kreditlə satılması daha çox sosial yönümlü və aztəminatlı ailələrin mənzil sahibi olmasına imkan yaradacaq”. Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Lakin iqtisadçının sözlərinə görə, açıqlanan şərtlər göstərdi ki, faizlər qiymətlərin üzərinə öncədən hesablanmış şəkildə təqdim olunub və bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarıb:
“Yəni faizlər ayrı-ayrı şəxslərə, müqavilələrə görə hesablanmır. Öncədən mənzilin qiymətinə, aylıq və ilkin ödənişə faiz dərəcələri hesablanmış qaydada daxil edilir. Bu da həm ilkin ödənişin həcmini artırır, həm də aylıq ödənişi yüksəldir. Əlavə olaraq mənzillərin sayı həddindən artıq azdır. Mənzillərin sayının artacağını düşünmürəm. Çünki kirayə ev layihəsində ancaq dövlət orqanlarının balansında olan mənzillərin satışı mümkündür. Bu sistemi özəl sektora və fərdi şəxslərə tətbiq etmək mümkün deyil. Özəl sektoru mənzil satışı ilə bağlı məcbur etmək olmaz ki, şərtlər mütləq hansısa formada olmalıdır. Mənzillərin sayının gələcəkdə də məhdud olacağını və faizlərin öncədən qiymətlərə daxil edildiyini düşünsək, bunun sosial layihə olması ehtimalı çox aşağıdır”.
Ekspert zamanla qiymətlərin aşağı düşəcəyinə ehtimal vermir:
“Müqavilələr uzunmüddətli bağlandığına görə, istənilən halda manatın dəyəri düşə, devalvasiya baş verə bilər. Belə halda müqavilənin dəyişdirilməsi və qiymətlərin artması ehtimalı da mümkündür. Mənzillərin sayının məhdud olması, şərtlərin ağırlığı əfsuslar olsun ki, bu layihəyə ümid bəsləyən aztəminatlı ailələrin ev arzusunu reallaşdırmağa imkan verməyəcək”.
Qeyd edək ki, ötən gündən etibarən kirayə üsulu ilə veriləcək evlərin siyahısı açıqlanıb. Mənzillərin qiyməti Bakının ərazisindən asılı olmayaraq eynidir və 1 850 manat ətrafında dəyişir. Belə ki, Xətai rayonunun Gəncə prospektində sahəsi 96.7 kvadratmetr olan mənzilin satış qiyməti 178.1 min manatdır. Başqa sözlə, mənzilin bir kvadratmetrinin qiyməti 1 841 manata başa gələcək. Belə mənzili 25 illik, yəni 300 aylıq müqavilə ilə kirayə götürmək üçün aylıq ödəniş haqqı 594 manat, ilkin ödəniş isə 7 122 manat təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ hərbi təyyarəsi Avropa üzərində qəza siqnalı verdi
06:06 25.05.2026
Dünya
Szinpin Takaiçini tənqid etdi, Tramp isə...
05:25 25.05.2026
Dünya
Conson: Trampa qarşı sui-qəsd cəhdləri adi hala çevrilir
03:23 25.05.2026
Dünya
Türkan Şorayın qızı saxlanıldı!
02:52 25.05.2026
Şou
"Real"ın ulduzu hamını geridə qoydu
02:18 25.05.2026
Futbol
Albaniya XİN Kiyevə zərbədən sonra Rusiya səfirini çağırdı
00:43 25.05.2026
Dünya
Füzuli sakinini ildırım vuraraq öldürüb
00:22 25.05.2026
Hadisə
Tramp: İranla saziş hələ tam razılaşdırılmayıb
00:00 25.05.2026
Dünya
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
23:38 24.05.2026
Cəmiyyət
NASA “Mars”ın nadir görüntülərini yayımladı
23:16 24.05.2026
Maraqlı
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol