M.Ə.Rəsulzadənin yubleyi yaxınlaşır: Cümhuriyyət tədqiqatçısı Prezidentə müraciət edib
10:48 04.12.2023
Gündəm
423
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün və onun əsas yaradıcılarından olan M.Ə.Rəsulzadə irsinin araşdırıcısı tarix elmləri doktoru, professor Nəsiman Yaqublu M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident! 2024-cü ilin yanvarın 31-də Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcılarından olan M.Ə.Rəsulzadənin anadan olmasının 140 ili tamam olur.Bu münasibətlə müvafiq sərəncam verib yubiley tədbirinin yüksək səviyyədə keçirilməsinə diqqət etməyinizi xahiş edirik.
Qeyd edək ki, bundan əvvəlki illərdə Sizin verdiyiniz sərəncamla Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycanda və digər ölkələrdə təntənəli şəkildə qeyd edilmişdir.
Eyni zamanda verdiyiniz sərəncamlarla M.Ə.Rəsulzadənin,Ə.M.Topçubaşovun, Ə.Ağaoğlunun, Ə.Cavad və digər tanınmış xadimlərin də müxtəlif vaxtlarda yubileyləri keçirilib.
İnanırıq ki, belə diqqətli yanaşmanız nəticəsində M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin keçirilməsinə də şərait yaradılacaq.
Bu yubileylə bağlı verəcəyiniz sərəncamda M.Ə.Rəsulzadənin adının əbədiləşdirilməsi və onun zəngin irsinin yaşadılması ilə bağlı aşağıdakı problemlərin reallaşması vacibliyini də diqqətinizə çatdırırıq:
1.M.Ə.Rəsulzadənin Bakı şəhərində Nizami küçəsi 59 ünvandakı( İslam Səfərli küçəsi 7 ilə kəsişdiyi yerdə) mənzili ev-muzey olaraq fəaliyyətə başlasın;
2.M.Ə.Rəsulzadənin doğulduğu, Bakının Novxanı kəndində olan, hazırda 7 saylı uşaq bağçası kimi istifadə edilən ev xatirə muzeyinə çevrilsin.
3.M.Ə.Rəsulzadənin mühacirətdə yaşadığı illərdə müxtəlif ölkələrdə yazdığı elmi,siyasi,ictimai, bədii yazıların toplanılıb nəşr edilməsinə imkan yaradılsın(qeyd edim ki, M.Ə.Rəsulzadənin Azərbaycanda yazdığı, professor Ş.Hüseynov tərəfindən hazırlanmış əsərləri dövlətin dəstəyi ilə 5 cildlik olaraq nəşr edilmişdir.Mühacirətdə yazdığı əsərlərin 2 cildi professor N.Yaqublu tərəfindən nəşr edilsə də, sonrakı cildlərin toplanılıb nəşr edilməsinə ciddi kömək lazımdır).
Cənab Prezident! Belə bir məzmunda sərəncamı verəcəyinizə və M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin keçirilməsinə şərait yaradacağınıza inanır, Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə, Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor,
Azərbaycan Xalq Cümhuriyyəti və M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi