Milli Məclis Prezident və birinci xanıma məktub ünvanlayıb

Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür: “Təklif edirəm ki, bu münasibətlə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin".

Deputatlar sədrin bu təklifini alqışlarla qarşılayıblar.