Müəllim karantindən fotolar paylaşdı
- FOTOLAR
20:47 03.02.2020
Gündəm
838
Çinin Uhan şəhərində sürətlə yayılan koronavirüs epidemiyasında ölənlərin sayı 361-ə, virusdan təsirlənənlərin sayı isə 17 min 205-ə yüksəlib.
Rəsmi agentliklər və xəbər kanalları bu məlumatları dünyayla paylaşır. Hazırda ölkəsində karantində olan 37 yaşlı müəllim, vəziyyətin daha ciddi olduğunu söyləyir. Karantindən fotolar paylaşan qadın, yeməklərinin mikroblu, həkimlərin narahat olduğunu və gerçək ölü sayının xəbərlərdə qeyd edilənlərdən daha çox olduğunu iddia edir.
Muying Shi, beş ildir İngiltərənin paytaxtı Londonda müəllimlik edir. Xarici dil təlimçisi olan 37 yaşlı qadının anası, dördüncü mərhələ xərçəngdir.
Muying Shi, bu səbəblə Londondan ana vətəni olan Çinin Uhan şəhərinə gəlib. Yanvar ayının əvvəlində 63 yaşlı xəstə anası Liping Vangı ziyarət etmək və onunla vidalaşmaq üçün ölkəsinə gələn Shi, epidemiyanın sıfır nöqtəsi olan Uhanda xəstəliyə tutulub.
Test nəticəsində ciyərlərində koronavirüs təsbit edilən müəllim, indi karantindədir. 67 yaşlı atası Xianqing ilə birlikdə karantinə alınan Muying Shi xəstəxananın 8-ci palatasında qalır.
İngilis qəzetlərindən "Mirror"la ünsiyyətə keçən Muying Shi, qəzetə verdiyi qısa reportajda çox qorxduğunu söyləyib.
Karantin mühiti ilə bağlı məlumat verən gənc müəllim, sözlərini diqqətlə seçməyə çalışır və danışarkən səsi titrəyir.
Otağı iki yaşlı insanla paylaşdığını və karantin otağında cəmi üç adam qaldıqlarını bildirir.
Yaşlılardan birinin oksigen cihazı içərisində olduğunu və ancaq bu şəkildə nəfəs ala bildiyini söyləyir.
Shi, ömrünün saylı günləri qalan anasıyla görüşə bilmədiyinə görə çox kədərlidir:
"Kimsə virus haqqında həqiqətən bir şey bilmir, kimsə əmin deyil. Vəziyyət belə olduğuna görə uyğun bir müalicə tapmaq da mümkün deyil. Atama və mənə antibiotik və ağrı kəsici verilir. Bunlarla necə yaxşılaşacağıq? Bu xəstəliyin müalicəsi yoxdur".
Muying Shi, karantin altında olan xəstələrə qarşı laqeydlik olduğunu belə izah edir:
"Bəzi xəstələrə dərman belə verilmir. Divarlardan həkimlərə qışqıran xəstələrin səslərini eşidirik".
Muying Shi yaxşılaşacağı təqdirdə İngiltərəyə geri dönməsinə icazə verilib, verilməyəcəyini də bilmir.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya