"The Economist" yazır ki, ABŞ dövlət katibi Marko Rubionun NATO-nun effektivliyini şübhə altına alan açıqlamaları Avropada ciddi narahatlıq yaradıb. Bildirilir ki, alyansın gələcəyi ilə bağlı liderlər arasında pessimist, hətta “yas” ovqatı formalaşıb.
Sherg.az xəbər verir ki, ekspertlərə görə, bu, NATO tarixində ən kritik mərhələlərdən biridir. ABŞ-ın mövqeyində dəyişiklik və Avropanın təhlükəsizlik məsələlərində daha çox məsuliyyət götürməsi ehtimalı gündəmdədir.