Nazir “uşaqpulu”ndan danışdı: "Bütün uşaqlara ödənilmir demək, düz deyil"
Ayyət Əhməd
13:55 13.11.2019
Gündəm
671
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "uşaqpulu" məsələsindən danışıb. Sherg.az-ın xəbərinə görə, nazir Milli Məclisin iclasında qeyd edib ki, bu gün Azərbaycanda “uşaqpulu ödənilmir” demək düzgün deyil”. S.Babayev qeyd edib ki, “uşaqpulu” deyilən indiki anlayışdakı ödəniş 2006-cı ilə qədər tətbiq edilib:
“Bu ödəniş də bugünkü pulla 2 manat məbləğində olub. Orta hesabla 500-550 min uşağa görə ödəniş edilib.
Bu gün Azərbaycanda 600 min uşağa müxtəlif növ müavinət ödənilir. Təkcə sağlamlıq imkanı məhdud olan uşaqlara ödənilən vəsaitlərin aylıq məbləği özlərinə 150 manat, onların valideynlərinə, qəyyumlarına isə 50 manatdır. Yəni, o dövrdə ödənilən 2 manat hara, bu gün ödənilən 200 manat hara. Bu gün ünvanlı sosial yardım alan 280 min insanın 160 mini uşaqlardır. Bu gün ən həssas kateqoriyadan olan 600 minədək uşağa bu vəsait ödənilir və ödənilən orta məbləğin rəqəmi 100 manatın üzərindədir. Bu, kifayət qədər ciddi rəqəmdir”.
Sahil Babayev bildirib ki, müavinət bütün uşaqlara şamil edilə bilməz: “Halbuki, bəzən bunun bütün uşaqlara şamil edilməsinin vacibliyi səsləndirilir. Bu gün 18 yaşınadək Azərbaycanda 2 milyon 700 min, 15 yaşınadək 2 milyon 200 min, 6 yaşınadək 1 milyon 200 min uşaq var. Söylənilən məbləğ də 100 manatdır və 18 yaşınadək hər kəsə şamil edilsə 3,3 milyard manat vəsait edir. Uşaqpulu kimi proqramlar isə 1,2 illik olmur, ən azı 5 illik olur. Bu o deməkdir ki, bu işə 18,35 milyard manat vəsait xərclənməldir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil