Nigar Köçərliyə Fransanın “Cəngavər” ordeni təqdim edildi - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, "Əli və Nino" kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərli Fransanın ən nüfuzlu mükafatlarından olan “İncəsənət və Ədəbiyyat” ordeninin “Cəngavər” dərəcəsi ilə təltif edilib.
Bakupost.az xəbər verir ki, medalın təqdimetmə mərasimi dünən Fransa səfirliyində keçirilib. Tədbirdə yazıçılar, ictimaiyyət nümayəndələri, tərcüməçilər iştirak edib.
Mükafatı Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon təqdim edib.
Tədbirlə bağlı paylaşım edən N. Köçərli “Həyatımın ən xoşbəxt anlarından birini yaşadım, çünki ilk dəfə mükafat alırdım. Və yanımda doğma və əziz insanlarım var idi” , - deyə bildirib.